Qars Şəhər Dumasına seçkilər (1917)

Qars Şəhər Dumasına seçkilər13 sentyabr (26 sentyabr) 1917-ci il tarixində Qars Şəhər Dumasına keçirilən seçkilər.

Qars Şəhər Dumasına seçkilər (1917)
13 sentyabr (26 sentyabr) 1917
Rəhbər Viktor Çernin kommunal Vladimir Lenin
Partiya Sosialist inqilabçılar Daşnaksutyun Sosial demokratlar
Tutulan yerlər 30214
Səslər 6 120 4 258 864
Partiya Yunanlar Rus Demokratik Birliyi Sənaye Ticarət İttifaqı
Tutulan yerlər 211
Səslər 320
Rəhbər kommunal
Partiya Hnçak
Tutulan yerlər 1
Səslər 156

12 aprel (24 aprel) 1877 tarixində Rusiya İmperiyası Osmanlı İmperiyasına müharibə elan etdi, Balkan yarmadasında və Şərqi Anadolu ilə sərhəddə cəmlənən Rusiya ordusu bütün sərhədləri boyu hərbi əməliyyatlara başladı. 18 aprel (30 aprel) 1877 tarixində Bəyazid ,[a] 5 may (17 may) 1877 tarixində Ərdahan, 23 may (4 iyun) 1877 tarixində Qarakilsə ,[b] 6 noyabr (18 noyabr) 1877 tarixində Qars, 5 dekabr (17 dekabr) 1877 tarixində Ardanuç, 8 dekabr (20 dekabr) 1877 tarixində Xınısqala ,[c] 28 dekabr 1877 (9 yanvar 1878) tarixində Malazgird şəhərləri işğal olundu, 30 dekabr 1878 (11 yanvar 1878) tarixində Ərzurum şəhəri mühasirəyə alındı.[2] Güclü müqavimət rusları şəhərə həlledici hücumdan çəkindirdi. 2 dekabr (14 dekabr) 1877 tarixindən 1878-ci ilin yanvar ayının sonunadək daha fəal hərbi əməliyyatlar keçirərək bəzi məntəqələri və bir-neçə yaxınlıqdakı kəndləri tuta bilən rus ordusu Batumu ələ keçirə bilməmişdi. 20 yanvar (1 fevral) 1878 tarixində Osmanlı – Rusiya razılaşmasına əsasən bütün cəbhələrdə hərbi əməliyyatları dayandırmaq haqqında atəşkəs elan olundu, atəşkəsin şərtinə görə Osmanlı ordusu 10 fevral (22 fevral) 1878 tarixində Ərzurum şəhərindən çəkildi və ruslar şəhərə daxil oldular.[3] 19 fevral (3 mart) 1878 tarixində Osmanlı ilə Rusiya arasında müharibəni sonlandıran San-Stefano sülhü imzalandı. 29 maddəlik sülhün 19-cu maddəsinə əsasən Erzurum vilayətinin Qars, Bəyazid, Çıldır sancaqları və Trabzon vilayətinin Batum sancağı Rusiyaya verilirdi.[4][5] Qriqori təqvimi ilə 24 aprel 1877 – 3 mart 1878-ci illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsini yekunlaşdıran və 1 iyul (13 iyul) 1878 tarixində imzalanmış[6] Berlin traktatının 58-ci (LVIII)[7] maddəsinə əsasən Rusiya İmperiyasına verilmiş Osmanlı İmperiyasının Ərzurum vilayətinin Qars və Çıldır (qismən) sancaqları əsasında, 1878-ci ildə Qars vilayəti yaradıldı.[8][9][10] Bununla bərabər Ərzurum vilayətinin Ərzurum sancağının Aşağı Pasin (Pasin-i Süfla) qəzasının bir-neçə kəndi yeni yaradılan Qars vilayətinə daxil edilmiş, Çıldır sancağının Oltu qəzasından bəzi kəndlər isə Osmanlıya verilmişdi.[8]

İmperiyanın digər bütün böyük şəhərlərində olduğu kimi 1917-ci ildə Qarsda da şəhər dumasına seçkilər keçirilmişdir.

Seçki nəticələri

[redaktə | mənbəni redaktə et]

13 sentybar 1917-ci il tarixində keçirilmiş seçkilərin nəticələri:[11][12]

Siyahı Səslərin sayı % Mandat
Sosialist İnqilabçılar Partiyası 6 120 49.77 30
Daşnaksütyun 4 258 34.71 21
Sosial demokratlar 864 7.04 4
Yunanlar 2
Rus Demokratik Birliyi təqribən 3 1
Sənaye Ticarət İttifaqı 320 2.61 1
Sosial Demokrat Hnçak Partiyası 156 1.27 1
İşçilər Birliyi 59 0.48 0
Seçici sayı 12 296
  1. Hal-jazırda Doğubəyazid adlanan şəhər 1934-cü ildən Doğubəyazid adlanır.
  2. Hal-hazırda Ağrı adlanan şəhər 1919-cu ilədək Qarakilsə, 1919-1938-ci illərdə Qarakösə adlanıb, 1938-ci ildən isə Ağrı adlanır.[1]
  3. Hazırda Xınıs adlanan yer Xınıs ilçəsinin Bağça məhəlləsində yerləşir.
  1. İsmet Alpaslan. — Cumhuriyetin 75. yılında Ağrı. Ankara: Ağrı Valiliği Yayınları, 1998, sayfa 14
  2. II. V. Перечень военныхь событій вь Азіатской Турціи и на восточномь берегу Чёрного моря вь 1877 – 1878 гг. Полковникь Астафьевь, стр. 203 – 208. // Военный сборникь, издаваемый по Высочайшему повелѣнію. Годь двадцать второй. Томь CXXV. Санктпетербургь: Типографія В. А. Полетики, 1879.
  3. Русско-турецкая война за свободу славянь за Дунаемь и за Кавказомь 1877–1878. Москва: Изданіе книгопродавца А. В. Морозова, 1879, стр. 189 – 190
  4. № 25. Сан-Стефанский прелиминарный мирный договор: Сан-Стефано, 19 февраля/3 марта 1878 г., стр. 170. // Сборник договоров России с другими государствами: 1856 – 1917. Под редакцией Е. А. Адамова. Составитель И. В. Козьменко. Москва: Государственное издательство политической литературы, 1952 год, 464 стр.
  5. Birinci Bölüm. 3. Ayastafanos (Yeşilköy) Muahedesi, sayfa 66. // Osmanlı Tarihi. VIII. Cilt. Birinci Meşrutiyet ve İstibdat Devirleri (1876–1907). — Ord. Prof. Enver Ziya Karal. Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Tarih Kurumu Yayınları XIII. Dizi – Sayı 16. — 6. Baskı. Ankara: Türk Tarih Kurumu Yayınları, 2007, 631 sayfa. ISBN 975-16-0020-0
  6. Siyasal Tarih. I Meşrutiyet Devri (1876–1880), sayfa 163 Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine // Türkiye Tarihi. Cilt III. Osmanlı Devleti: 1600–1908. Yazarlar: Metin Kunt, Sina Akşin, Ayla Ödekan, Zafer Toprak, Hüseyin G. Yurdaydın; Yayın Yönetmeni – Sina Akşin. İstanbul: Cem Yayınevi, 1995, 479 sayfa. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine ISBN 9789754065657
  7. № 27. Берлинский трактат: Берлин, 1/13 июля 1878 г., стр. 204. // Сборник договоров России с другими государствами: 1856 – 1917. Под редакцией Е. А. Адамова. Составитель И. В. Козьменко. Москва: Государственное издательство политической литературы, 1952 год, 464 стр.

    — Maddə LVIII —

    Bâb-ı Âli Asiyada Ərdahan, Qars və Batum (sonuncunun limanı daxil olmaqla) ərazilərini Rusiya İmperiyasına güzəştə gedir….

  8. 1 2 I Отдѣл. II. Краткія замѣтки о Карсской области. — К. Садовскаго. Г. Карсь, 1883, стр. 315. // Сборникь матеріаловь для описания мѣстностей и племень Кавказа (СМОМПК). Изданіе Управленія Кавказскаго Учебнаго Округа. Выпускь Третій. Тифлись: Типографія Канцеляріи Главноначальствующаго гражданскою частію на Кавказѣ, 1883.
  9. Энциклопедія военныхь и морскихь наукь. Составлена подь главною редакціей генераль-лейтенанта Леера, заслуженнаго профессора Николаевской академіи Генеральнаго Штаба. Томь IV. Санкт–Петербургь: вь типографіи В. Безобразова и Коми, 1889, стр. 152
  10. Краткiй обзорь цифровыхь данныхь по Карсской области, III. // Первая всеобщая перепись населенiя Россiйской имперiи, 1897 г. Изданie Центральнаго Статистическаго Комитета Министерства Внутреннихь Дѣль. Подь редакцiею Н. А. Тройницкаго. – LXIV. Карсская Область. Тетрадь II (послѣдняя). Санкт–Петербургь: Издательство Пушкинская Скоропечатня. 1904, 119 стр.
  11. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 48
  12. Известия Карсского Совета Солдатских, Рабочих, Крестьянских Депутатов, номер 98, 13 сентября 1917-го года. Ст. 3