Qasım Hüseynov (əmək qəhrəmanı)

Qasım Rəsul oğlu Hüseynov (19251958) —Sovet azərbaycanlı çobanı, Sosialist Əməyi Qəhrəmanı (1948).

Qasım Hüseynov
azərb. Qasım Rəsul oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Babək rayonu Sust kəndi, Naxçıvan MSSR, Azərbaycan SSR
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Babək rayonu Sust kəndi, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Çoban
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1948
"Lenin" ordeni

1925-ci il aprelin 17-də Naxçıvan MSSR (hazırda Azərbaycan,Naxçıvan MR,Babək rayonu) Sust kəndində anadan olub. 1942-ci ildə Naxçıvan rayonunun əmək fəaliyyətinə "26 bakı komissarı" adına kolxozda ilk öncə siravi kolxozçu daha sonra çoban olmuşdur.Sonralar ferma müdiri, manqabaşı kimi çalışmışdır. 1947-ci ildə heyvandarlıq sahəsində yüksək göstəricilər əldə edib. heyvandarlığın yüksək məhsuldarlığının üçün 1948-ci il 17 avqust tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, əmək rəşadəti göstərdiyinə görə Hüseynov Qasım Rəsul oğlu "Oraq və Çəkic" medalına Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür "Lenin" ordeni, ilə təltif olunub. . 1958-ci il noyabrın 15-də 33 yaşında doğma kəndində vəfat edib.[1]

  1. Hüseynov Qasım Rəsul oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.