Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Qasım Əhəd oğlu Hacıyev (6 avqust 1950, Bərdə rayonu) — Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru
Qasım Hacıyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bərdə rayonu, Hacallı |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | Tarix üzrə elmlər doktoru |
Elmi adı | Şöbə müdiri |
Qasım Əhəd oğlu Hacıyev 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuşdur. O, 1970–1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsini bitirmişdir.
Q. Ə. Hacıyev 1974–1983-cü illərdə Bərdə rayonunun 1 saylı Hacallı kənd məktəbində müəllim, direktor müavini işləmişdir.
Qasım Hacıyev 1984–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsil almışdır.
O, 1990-cı ildə Kemerovo Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında "Şabran şəhərinin şüşə məmulatı (IX–XVII əsrlər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qasım Hacıyev 1990–1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
O, 1997-ci ildən Tarix İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən isə "Qarabağ tarixi" şöbəsinin müdiri şöbə müdiri vəzifələrində işləmişdir.
Qasım Hacıyev 2000-ci ildə "Bərdə şəhərinin tarixi (e.ə. III-b.e. XVIII əsri)" adlı monoqrafiyasını yazıb nəşr etdirmişdir.
Qasım Hacıyev 2006-cı ildə "Bərdə şəhərinin tarixi (e.ə. III əsr-b.e. XVIII əsri)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
O, 5 monoqrafiya, 80-dən artıq elmi məqalənin müəllifidir.
Qasım Hacıyev 1992-ci ildən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində Azərbaycan tarixi, arxeologiya, türk xalqlarının tarixi fənləri üzrə mühazirələr oxuyur.