Qatar dilemması - 1967-ci ildə Philippa Foot tərəfindən hazırlanan klassik məntiq oyunu.
Bir anlıq qatar relslərinin yön dəyişdirən pultunu idarə etdiyinizi düşünün. Uzaqdan nəzarətsiz bir qatarın onun gəlişini eşitməyən 5 nəfər işçiyə doğru sürətlə gəldiyini görürsüz və işçilər bunu görsələr belə vaxtında qaçmağa qaçmağa imkanları olmayacaq.
İdarəsi sizdə olan pultun bir düyməsiylə tramvayı həmin 5 işçinin olduğu yoldan ikinci relsin üzərinə yönləndirə bilərsiz, amma bu ikinci yolun da üzərində bir nəfər işçi var.
Əgər qatarın yolunu dəyişsən bir nəfər öləcək və sən qatil olacaqsan, yox əgər heç bir şey etməsən yəni qatarın yolunu dəyişməsən beş nəfər öləcək.
Bu vaxt hansı qərarı verərdiz? Bir nəfərin ölümüylə beş nəfəri xilas etmək? Yoxsa əksinə? Bu dilemma bir hərəkətin nəticələrini başdan-sona düşünməmizi və qərarların əxlaqı dəyərinin yalnız onun nəticələri ilə müəyyən olub olmadığını nəzərdən keçirməyə bizə imkan verir.
Dilemmanın təməlində İmmanuel Kantin metafizik əxlaqı və Jeremy Benthamın praqmatizm çəkişməsi yatır. Kant fəlsəfəsi deyir ki, insanı öldürmək günahdır. hətta bir insanı öldürməklə bir milyon insanın həyatını qurtarmış olsanız belə, öldürmək qadağandır. Bentham praqmatizmi isə bir milyon insanı xilas edəcəksənsə, bir insanı öldürməyi düzgün sayır.