Qatar məğamı

Qatar məğamı - Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə çatdırılan bu yallını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında duraraq gövdələrinin yuxarı hissələrini sağa döndərirlər və barmaqlarını yanındakı iştirakçının barmaqlarına birləşdirirlər. Orta tempdən və bir az artıq cəld ifadan ibarət yallıda I takta sağ ayaqla qarşıya addım atılır, elə buradaca da sol ayağı sağ ayağın yanına qoyurlar. Sağ ayaqla yenə qarşıya addım atılır. II takta sol ayaqla qarşıya addım atılır, sağ ayaq sol ayağın yanına qoyulur. Sol ayaqla yenə də qarşıya addım atılır.[1]

  1. "Arxivlənmiş surət". 2015-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-21.