Qauya Milli Parkı

Qauya Milli Parkı (latış. Gaujas nacionālais parks‎) — Latviyanın Vidzeme regionunda yerləşən Siqulda şəhərinin şimal-şərqindən Çesis şəhərinin cənub-qərbinə qədər uzanan milli park. Latviyanın ən böyük milli parkıdır. Milli parkın sahəsi 917.45 km2 olub adını ərazisində yerləşən Qauya çayından almışdır.

Qauya Milli Parkı
latış. Gaujas nacionālais parks
Erqel yarğanı və Qauya çayı.
Erqel yarğanı və Qauya çayı.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 917.45 km2 ha
Yaradılma tarixi 1973
Yerləşməsi
57°25′ şm. e. 25°25′ ş. u.
Ölkə  Latviya
Vilayət Vidzeme
Yaxın şəhər Çesis
Siqulda
www.gnp.lv
Qauya Milli Parkı xəritədə
Qauya Milli Parkı
Qauya Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli park azca narahatlıq doğuran təbiət ərazilərini qorumaq, turizmi inkişaf etdirmək və ərazidə inkişafı təmin etmək məqsədi ilə qurulmuşdur. Qauya Milli Parkı yüksək bioloji müxtəlifliyi, qayaları, ərazi şəkilləri, bulaqları, mənzərəli görünüşü və müxtəlif dövrlərdən qalma tarixi abidələri ilə səciyyələndirilir. Ən başlıca və ən böyük hissəsi qədim Qauya çayı dərəsidir. Bu dərə qorunmaqdadır və təbii və mədəni tarixi turizm üçün, eləcə də sağlamlıq üçün istifadə edilir.

Parkın idarəedici orqanı Siqulda şəhərində yerləşir.

Turayda

Milli parkın sahəsi 91.745 hektardır və 5 funksional zonaya bölünmüşdür. Təbii qoruqların sahəsi kifayət qədər kiçik ola bilər, amma onlar milli parkın qiymətli hissələrindən biridir və ziyarətçilərə bura daxil olmaq qadağan olunmuşdur. Milli parkda istirahət etməyə nəzarət olunur.

Milli parkın sahəsinin təqribən 47 %-ini meşələr örtür. Burada 900 növ bitki, 149 növ quş, 48 növ məməli aşkarlanmışdır. Qauya Milli Parkı 2004-cü ildə növ və biotopları qorumaq üçün nəzərdə tutulmuş "Natura 2000" layihəsinin iştirakçısıdır.

Turizmin milli parkda qədim ənənələri mövcud olmuşdur. Bura ilk dəfə XIX əsrdə turistlər gəlmişdir.[1] Ərazinin möhtəşəm mənzərəsi, Devon dövründən qalma sıldırım qayalar, mağaralar və müxtəlif əfsanələr və hekayələrlə xatırlanan tarixi abidələr hər il minlərlə turisti bura cəlb etməkdədir.

Milli parkda 500 mədəni və tarixi abidə vardır: qalalar, qəsrlər, kilsələr, malikanələr, su və yel dəyirmanları, eləcə də digər memarlıq, arxeoloji və incəsənət abidələri.

  1. "Arxivlənmiş surət". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]