Qavalanın binası

Qavalanın binasıRostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. XIX əsrin sonlarına yaxın inşa edilmişdir. Bina Rostov-na-Donu şəhəri Puşkinskaya küçəsi, 93 ünvanında yerləşir. Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir[1]. Bina iki mərtəbədən ibarətdir.

Qavalanın binası
rus. Жилой дом Н. А. Гавала
47°13′29″ şm. e. 39°42′44″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Puşkinskaya küçəsi, ev 93 ünvanında yerləşən bina XIX əsrim sonlarında inşa edilmişdir. Binanın ilk sahibi Rusiya Birja cəmiyyətinin üzvü Nikolay Antonoviç Qavala olmuşdur. Milliyyətcə yunandır. 1913-cü il məlumatına görə binanın sahibi olaraq Mariya Qeorgievna Qavala göstərilir. Mariya Qeorgievna Qavala Nikolay Antonoviç Qavalanın həyat yoldaşı olmuşdur. Vətəndaş müharibəsi zamanı Qavala ailəsi Rostov-na-Donu şəhərini tərk etmişlər. Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Hazırda kommunal mənzillər kimi istifadə edilmişdir. Sonradan bina dəfələrlə təmirə məruz qalmışdır.

Arxitekturası[redaktə | mənbəni redaktə et]

İki mərtəbədən ibarət olan bina Puşkinskaya küçəsinin qırmızı xəttində yerləşir. Bina XIX əsrin sonları inşa edilmişdir. Bu dövrün əsas stili qarışıq idi. Burada bütün stilləri müşahidə etmək olar. Binanın böyürlərində iki arka vardır:əsas girişi (solu) və çıxış qapısı (sağ). Girişin önündə olan məhəccərlərin üzərində «N» və «Q» hərfləri yerləşir. Binanın fadadında iki pəncərə olmuşdur. Onlar xüsusi dəmir məhəccərlərlə bağlanmışdır. Onlardan yalnız biri bu günə qədər qalmışdır. Binada pəncərənin kənarlarında dekor elementləri vardır. İkinci mərtəbəsində olan qapının üzərində pəncərə vardlr. Mərkəzi hissədə iki cüt pəncərə vardır. Fasadı yarımkolonna və dekorativ elementlərlə işlənmişdir. Mandsarı güçlü şəkildə yığılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ростов-на-Дону (объекты культурного наследия регионального значения)". Официальный портал Правительства Ростовской области. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.