Qax (içki)

QaxAzərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu.

Bu suyun mənbəyi Azərbaycan Respublikasının Qax rayonu ərazisindədir. Bu su sulfatlı-hidrokarbonatlı təbii mineral sudur. Minerallaşması 0,5q/l-dir. Tərkibində (1 l-də) 0,3595 q. Hidrokarbonat və 0,0145 q. sulfat anionu, 0,0055 q. kömür anhidridi, 0,0190 q. oksigen, 0,0058 q. kalium, 0,0128 q. maqnezium, 0,0128 q. natrium, 0,00146 q. maqnezium, 0,0900 q. kalsium, 0,0002 q. dəmir, 0,0088 q. xlor vardır. Keyfiyyəti Azərbaycan Respublikasının DÜST-nə uyğun olmalıdır. Saxlanılma müddəti 12 aydır. Süfrə suyu kimi istifadə olunur.

  • Əli Polad. Bir damla su. I cild. Bakı,2011.