Qax Tarix-Diyarşünaslıq Muzeyi — 13 avqust 1981-ci il tarixdən XIX əsrə aid, şəhərin mərkəzində yerləşən Allahverdi kilsə binasında fəaliyyətini davam etdirmişdir. 1991-ci ilin iyun ayından muzey qismən uyğunlaşdırılmış yeni tipli binaya köçürülmüşdür.
Qax Tarix-Diyarşünaslıq Мuzeyi | |
---|---|
Əsası qoyulub | 1979 |
Mövzu | Tarix |
Yerləşir | Üzeyir Hacıbəyov, 1, Qax, AZ3401 [1] |
Kolleksiyası | 3700 eksponat |
Direktor | Əfəndi Mahir Qalib oğlu |
Telefon | 02425-5-34-07 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzey ölkəşünaslıq muzeyi kimi 1979-cu ildə mədəniyyət evində 500-dək eksopnatla fəaliyyətə başlamış və ölkəşünaslıq muzeyinin bazasında yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1981-ci il tarixli 445№-li sərəncamına əsasən tarix-diyarşünaslıq muzeyinə çevrilmişdir.
Muzey 1 mərtəbəlidir. 13 otaqdan ibarətdir.Muzeyin ümumi sahəsi 1020 kv.m.
Muzeydə Qax rayonunun tarixi və elmi əhəmiyyətə malik əşya mühafizə, tətqiq və təbliğ olunur. Muzeydə ən qədim eksponat daş əmək alətləri, onurğalı heyvanın diş sümüyü (Ləkit-kötüklü kəndində yerləşən Skolat və Xorqaya yaşayış məskənindən tapılmışdır və nümayiş olunur.[2]
Ekspozisiya 9 salondan ibarət olub, ümumi sahəsi 830 kv.m.-dir. Qax rayonunun təbiəti və tarixi abidələri –I salon, Qax qədim dövrdə-II salon, Qax orta əsrlərdə-III salon, Qax tarixin yeni dövründə. Xanlıqlar İlisu sultanlığı-IV salon, Qax Rusiya imperiyasının tərkibində-V salon, Qax kommunist rejimində-VI salon, Qaxda hərbi vətənpərvərlik tərbiyəsi işi. Azərbaycanın hərb tarixi-VII salon, Müstəqilliyə gedən yol-VIII salon, Müstəqil Azərbaycan-IX salon[3]