Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin vəzifəsi rayon əhalisinə kitabxana xidməti göstərmək, müxtəlif tədbirlərlə insanları kitabxanalara cəlb etmək, kitab oxumağı sevdirməkdir.

Qax rayon C. Cabbarlı adına Mərkəzi kitabxana
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Tipi kütləvi kitabxana
Yaradılıb 1906
Ünvan Qax rayonu, Azərbaycan prospekti - 30
Telefon Telefon: 02425-5-32-07; Faks: 02425-5-22-83
Sayt gakh.cls.az

Qaxda kitabxananın tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda kitabxana işinin tarixi çox qədimdir. Qax rayonunda ilk kitabxana arxiv sənədlərinə əsaslanaraq 1906-cı ildə “Qiraət koması” şəklində Qaxın İçəri Bazar adlanan ərazisində o dövrün maarifçi ziyalılarından olan, Tiflisdəki “Zaqafqaziya” qəzetinin Azərbaycan bölməsinin müdiri Həmzət bəy Qəbulov Şirvanskinin evində fəaliyyət göstərmişdir. H. Qəbulov Şirvanski o dövrün mütərəqqi insanlarını da bu işə cəlb etmiş, onlara öz hesablarına kitabxanaya kitab almalarını təvəqqe etmişdi. Tarixi mənbələr və araşdırmalar göstərir ki, 1906- cı ildən bu günə qədərki dövrdə ziyalılarımızın səyi ilə yaradılan mədəni-maarif ocağı olan kitabxan ləğv olunmamış, inkişaf etdirilərək bu günkü səviyyəyə çatdırılmışdır. Qaxda kitabxanalar 1920-ci ildən 1945-ci ilədək Xalq Maarif şöbəsinin nəzdində fəaliyyət göstərmişdir. 1945-ci ildə rayonlarda Mədəniyyət şöbələri təşkil edilərkən bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar mədəniyyət şöbəsinin nəzdinə keçmişdir. 1979-cu ildən rayonumuzda kitabxanalar Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəklində fəaliyyət göstərməyə başladı. 1979-cu ildən Mərkəzi kitabxana görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri Cəfər Cabbarlının adını daşıyır. 2017-ci il yanvar ayı tarixindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq Qax rayon MKS-i Şəki Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyətini davam etdirir.

Kitabxananın fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

Qax MKS-nin fondunda 4 dildə - azərbaycan, rus, gürcü və ingilis dilində ədəbiyyat vardır. Qax MKS-i 2003, 2005, 2007-ci illərdə ABŞ-nın Azərbaycanda fəaliyyət göstərən Səfirliyi tərəfindən kitabxana layihələrində iştirak etmişdir. 2005-2008-ci illərdə Regional Kitabxanaların İnkişafı Proqramı çərçivəsində Mərkəzi kitabxanada Regional Kitabxana Məlumat Mərkəzi fəaliyyət göstərmişdir. Bu zaman kitabxana işçiləri, həmçinin oxucular kompüter kursları keçmiş və kompüterdə işləməi öyrənmişlər. Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 01.27.2010 Beynəlxalq Assossasiya ЭБНИТ (ELNİT) – in üzvüdür.
Mərkəzi kitabxanada ALİSA avtomatlaşdırılmış kitabxana proqramı fəaliyyət göstərir. ALİSA "Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi” adlı Elektron sistemdir. ALİSA (Automated Library İnformation System of Azerbaijan) i Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb. Sistem kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaranmasına imkan verir.


Strukturu[redaktə | mənbəni redaktə et]

Qax rayon C. Cabbarlı adına Mərkəzi Kitabxanada 6 şöbə fəaliyyət göstərir:

1. Metodiki - biblioqrafiya şöbəsi
2. Kitabişləmə və komplektləşdirmə şöbəsi
3. Kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
4. İnformasiya – resurs şöbəsi
5. Abonement - Oxuculara xidmət şöbəsi, oxu zalı
6. Uşaq şöbəsi

Qax MKS-in kitabxana filialları[redaktə | mənbəni redaktə et]

Qax MKS-in tərkibinə 33 kitabxana - C. Cabbarlı adına Mərkəzi kitabxana və kənd kitabxan filialları daxildir. Mərkəzi kitabxana digər kənd kitabxanaları üçün metodik mərkəz rolunu oynayır.
C.Cabbarlı adına Mərkəzi kitabxana
1 saylı Şəhər kitabxanası
2 saylı Şəhər kitabxanası
3 saylı Səhər kitabxanası
4 saylı Şəhər kitabxanası
2 saylı Sarıbaş kənd kitabxana filialı
3 saylı İlisu kənd kitabxana filialı
4 saylı Ağçay kənd kitabxana filialı
6 saylı Qaxingiloy kənd kitabxana filialı
7 saylı Qum kənd kitabxana filialı
9 saylı Ləkit kənd kitabxana filialı
11 saylı Zərnə kənd kitabxana filialı
12 saylı Güllük kənd kitabxana filialı
15 saylı Turaclı kənd kitabxana filialı
16 saylı Marsan kənd kitabxana filialı
20 saylı Tasmalı kənd kitabxana filialı
21 saylı Zəyəm kənd kitabxana filialı
26 saylı Almalı kənd kitabxana filialı
28 saylı Cəlayer kənd kitabxana filialı
29 saylı Qıpçaq kənd kitabxana filialı
30 saylı Baydarlı kənd kitabxana filialı
31 saylı Ağyazı kənd kitabxana filialı
34 saylı İbaxlı kənd kitabxana filialı
35 saylı Əlibəyli kənd kitabxana filialı
36 saylı Qaratala kənd kitabxana filialı
37 saylı Qaşqaçay kənd kitabxana filialı
38 saylı Armudlu kənd kitabxana filialı
40 saylı Əmbərçay kənd kitabxana filialı
41 saylı Əmircan kənd kitabxana filialı
46 saylı Toppaq kənd kitabxana filialı
47 saylı Qaxbaş kənd kitabxana filialı
64 saylı Şıxlar kənd kitabxana filialı
66 saylı Ləkit Malax kənd kitabxana filialı


Nailiyyətlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin 09 yanvar 2014-cü il tarixli 2 №-li əmrinə əsasən Qax MKS-in C. Cabbarlı adına Mərkəzi kitabxanası "İlin Mərkəzi Kitabxanası" nominasiyası üzrə “İlin kitabxanası” baxış müsabiqəsinin qalibi olmuşdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

http://gakh.cls.az/ Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine
https://www.facebook.com/profile.php?id=100071115650445