Kinooçerk hökumət və xalq tərəfindən hərbi qulluqçuların ailələrinə göstərilən köməklikdən danışır. Müəlliflər bunu balıqçı Əli Abdullayevin ailəsinin timsalında əks etdirmişlər.
Qayğı | |
---|---|
Janr | sənədli film |
Rejissor | Ağarza Quliyev |
Ssenari müəllifi | Mirzə Mustafayev |
Baş rolda | Sara Qədimova |
Operator | Mirzə Mustafayev |
Bəstəkar | Tofiq Quliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1943 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1943 |
Texniki məlumatlar |
1 hissə 270 metr 35 mm |
Balıqçılıq vətəgələrində bir çox işçilər arasında cəbhəçi Əli Abdullayevin arvadı Sara da çalışır. Əri cəbhəyə gedəndən sonra o, qızı ilə tək qalmışdır. Lakin yerliləri Saranı tək qoymur, ona hər cür köməklik edirlər.