Qayıdış (film, 1988)

Filmdə Lahıc və Şamaxının təbiəti, bu yerlərdə yaşayan insanlar, dağlar qoynunda yerləşən kəndlər haqqında danışılır. Burada deyilir ki, kəndlərdən cavanlar çıxıb şəhərlərə yaşamağa gedirlər, kəndlər tədricən boşalır. Bununla belə kəndlərdə qalıb yaşayanlar da var. Filmdə onlardan da söhbət gedir.

Qayıdış
Janr sənədli film
Rejissor Ramiz Axundov
Ssenari müəllifi Sabir Rüstəmxanlı
Operator Vaqif Behbudov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1988
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkələr SSRİ SSRİ
İl 1988
Texniki məlumatlar 2 hissə
524 metr
35 mm

Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Ramiz Axundov
Ssenari müəllifi: Sabir Rüstəmxanlı
Operator: Vaqif Behbudov
Səs rejissoru: Rəşad Mustafayev
Mərkəzi Televiziya (Moskva)