Qaya Bassani Antivari (8 iyul 1978, Milan) — 2010 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş italiyalı idmançı.
Qaya Bassani Antivari | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 8 iyul 1978 (46 yaş) |
Doğum yeri | |
Boyu | 167 sm |
Çəkisi | 60 kq |
İdman növü | Dağ-xizək idmanı |
Qaya Bassani Antivari 8 iyul 1978-ci ildə İtaliyada anadan olub.
Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən qadın dağ xizəkçisi Qaya Bassani Antivari nəhəng slalom növündə çıxışlarını 57-ci yerdə başa vurub. İlkin mərhələdə 66-cı yeri tutan İtaliya əsilli idmançı ikinci mərhələdə daha yaxşı nəticə göstərib. Antivari 68 iştirakçı arasında 57-ci olub. O, iki yürüşün cəmində 2 dəqiqə 56,87 saniyə göstərib. İlkin mərhələni 1 dəqiqə 30,82 saniyəyə dəf edən dağ xizəkçimiz ikinci mərhələdə nisbətən yaxşı çıxış edib — 1 dəqiqə 26,05 saniyə. Olimpiya çempionu adını iki hərəkətin cəmində 2 dəqiqə 27,11 saniyə nəticə göstərən Viktoriya Rebensburq (Almaniya) qazanıb[1].
Daha sonra qadınların slalom yarışlarında Qaya Bassani Antivari də slalom iştirakçıları arasında olub. Lakin 32 yaşlı xanımın çıxışı çox uğursuz alınıb. İtaliya əsilli idmançı elə ilk yürüşdə mübarizəni dayandırıb. Belə ki, Qaya start xəttinə çıxıb finişə çata bilməyən 17 bəxtsizdən biri olub. Elə bu səbəbdən də o, ikinci yürüşə buraxılmayıb. Ümumilikdə, 87 iştirakçıdan yalnız 55-i hər iki cəhddə məsafəni qət edə bilib. Olimpiya çempionu adını isə iki yürüşü üst-üstə 1 dəqiqə 42,89 saniyə sərf edən almaniyalı Mariya Riş qazanıb[2].