Açıqalın şibyəyeyən və ya Qayalıq şibyəyeyəni (lat. P.murina) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.
Açıqalın şibyəyeyən | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ön qanadları qonuru-sarımtıl, iki cərgədə qara nöqtələr yerləşir. Arxa qanadları açıq sarı olub, ləkəsizdir. Qarıncığı tünd boz tüklərlə örtülmüşdür. Alın hissəsi açıq sarıdır. P.conjuncta növünə nisbətən kiçikdir. Qanadları açıq halda 16–18 mm-dir.
Tırtılı boz-qonur rəngdə olub, bel hissəsi boyunca zolaq uzanır, yan xətti tünd sarıdır, üzəri boz tüklərlə örtülüdür, baş kapsulu qaradır. Aprel ayından başlayaraq iyun ayına qədər daşların üzərindəki şibyələrlə qidalanır. Pupu qonur-sarı rəngdə olub, tüklü barama içərisində yerləşir. Azərbaycanda cinerascens HS forması da yayılmışdır.
Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Onun kəpənəkləri Lənkəranın yuxarı Apo kəndindən (14.IX.90) toplanmışdır.