Qaynaq (texnika)

Qaynaq
Qaz altında metalların qaynağı
1. Veriş istiqaməti
2. Kontakt oymağı
3. Qaynaq məftili
4. Qoruyucu qaz
5. Köməkçi material
6. Tikiş
7. Əsas material

Qaynaq — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsuldur.

Qaynaq üsulları çox vaxt metallarda tətbiq olunsa da, şüşə və termoplastik materialların birləşdirilməsində də bu üsuldan geniş istifadə olunur. Qaynaq növündən asılı olaraq birləşmə ya tikiş xətti, sahə və ya nöqtədə həyata keçirilir. Qaynaq üçün lazım olan enerji xaricdən daxil edilir. Qaynaq zamanı əksər hallarda yerli əritmə prosesi baş verir. Qaynaqdan və tikiş soyuduqdan sonra ixtiyar materialda müəyyən dəyişikliklər baş verə bilər. Bu mənfi təsir material seçimi, ətraf mühit və üsulla aradan qaldırıla bilər.

Poladlarda möhkəm birləşmə əldə etmək üçün onun tərkibində karbonun miqdarı 0,22%-i keçməməlidir. Yüksək mökəmliyə malik poladlarda isə qaynaqdan öncə müəyyən hazırlıq işlərinin aparılması vacibdir. Buraya qızdırma, termiki emal və s. daxildir.Metalların qaynağı zamanı yaranan istilik 3700'C olur.

Qaynaq üsulunun aşağıdakı növləri vardır.

  • Alovla qaynaq
  • Qazla qaynaq
  • Qövs qaynağı
  • Müqavimət qaynağı
  • Döymə ilə qaynaq
  • Sürtünmə ilə qaynaq
  • Şlak altında qaynaq
  • Lazerlə qaynaq
  • Plazma qaynağı
  • Elektronşüa ilə qaynaq
  • Partlayışla qaynaq
  • Diffuzion qaynağı
  • Yüksək tezlikli cərəyanla qaynaq