Qayrabetovun binası

Qayrabetovun binasıTaqanroq şəhərinin mərkəzində, XIX əsrin ortalarından bir qədər sonra inşa edilən üçmərtəbəli bina. Qayrabetovun binası Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 66 ünvanında yerləşir. Bina 1861-ci ildə klassizm stilində inşa edilmişdir. Qayrabetovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].

Qayrabetovun binası
rus. Дом Гайрабетова
Xəritə
47°12′39″ şm. e. 38°55′47″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1861
Memar Mixail Prokofeviç Petrov
Memarlıq quruluşu Klassizm
Qayrabetov binasının hazır ki görünüşü

1861-ci ildə naxçıvanlı (Naxçıvan-na-Donu) tacir Karp Markoviç Qayrabetov Petrovski küçəsində özünə məxsus iki mərtəbəli binanın inşasını qərara alır. Binanın tikintisi Taqanroq şəhərinin memarı Mixail Prokofeviç Petrova həvalə edilir. Birinci mərtəbəsində relyef elementəri işlənmişdir. Binanın Qayrabetovun mülkiyyəti olmamışdan öncə birinci mərtəbədə bütün Taqanroqda məşhur olan "Trattoriya" adlı kafe yerləşirdi. 1860-cı ildən binada ticari qurultay klubu yerləşirdi. Bəzi bölmələrində ayaqqabı mağazası (sahibi T. İ. İlenko), kişi baş geyimləri dükanı (sahibi İ. Lev) və tikiş maşınları mağazası vardı. Burada həm də "Tabak" və "Çay mağazası" mövcud idi.

İnqilabdan sonra binada muzey və klub mövcud olmuşdur. İkinci dünya müharibəsindən sonra binada Qida texnikumu fəaliyyət göstərirdi. 1955-ci ildən isə burada Pedoqoji institutu işləyir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bina öz görünüşünü 1861-ci ildə aparılan təmirdən sonra almışdır. Fasadında Səkkiz kolonn quraşfırılmışdır. Binanın mərkəzi hissəsi üç mərtəbəuə qədər artırılmışdır. Küçə istiqamətində binanın bir neçə girişi vardır.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Hazırda binada Çexov adına pedaqoji institutunun xarici dillər fakültəsi yerləşir.

  1. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.