Qaz-turbin yağları

Qaz-turbin yağları — Dünya təcrübəsində sintetik qaz-turbin yağları 40-cı illərin sonunda meydana gəlmişdir. Bu yağları bəzən sintetik yağların ilk nəsli adlndırırlar.

Qaz turbin yağlarına aviasiya qaz-turbin mühərriklərini yağlamaq üçün tətbiq olunan yağlar aiddir. Turboreaktiv mühərriklərdə yağlar turbini və kompressorun böyük ölçülü yüksəksürətli diyircəkli və rolikli diyircəkli yastıqlarını, yanacaq və qaz nasoslarının ötürücü qutularının diyircəkli yastıqlarını, dişli, çarxlı və digər köməkçi mexanizmləri yağlamaq üçün nəzərdə tutulub.

MC-8П – aviasiya və gəmi mühərrikləri üçün perspektiv neft yağı kükürdlü Şərq neftlərindən MS-8 yağ əsasında istehsal olunur. Tərkibində antioksidləşdirici, yeyilməyə qarşı aşqarlar var. ИМП-10 — parafinin hidrokrekinq və hidroizomerləşmə məhsullarının sebasin turşusu və ozooktil spirtinin mürəkkəb efiri ilə qarışığından ibarətdir. Tərkibində oksidləşmə və yeyilməyə qarşı aşqarlar metalın deaktivatoru var. Yağın işçi temperaturu 2000C-dək olan təyyarə və zirehli tank texnikasında qurulan istilik gərginlikli turboreaktiv mühərriklərdə tətbiq edilir. Yağın ən böyük üstünlüyü az korroziya aktivliyinə, qeyri-metal konstruksiya metallarına və özlükləri zəif təsir etməsidir.

BT-301 – tərkibində oksidləşməyə qarşı olan, silisium üzvi maddədir. 1000C-də kinematik özlülük-8,5mm2, donma-mənfi 600-dir. Yağ yüksək termooksidləşmə sabitliyə və aşağı uçuculuğa malikdir, istilik gərginlikli turboreaktiv mühərriklərdə tətbiq edilir.

ВНИИНП-50 −14ф –tərkibində oksidləşmə və yeyilməyə qarşı aşqarlar olan, sevasin turşusunun diizoktil efiri əsaslı sintetik yağdır. Yağın işçi temperaturu 1750C-dək olan istilik gərginlikli turboreaktiv mühərriklərdə işlədilir. ВНИИНП-50 −14ф yağı əsasında hazırlanmış ВНИИНП-50–1–4У yağı aşqarların tərkibi və daha yaxşı termooksidləşdirici sabitliyi ilə fərqlənir.

Б-3В – tərkibində oksidləşmə və yeyilməyə qarşı aşqarlar olan C3-C9 aşağı molekul sintetik yağ turşularının pentaeritrit efiri əsasındakı sintetik yağlardır, istilik gərginlikli qazturbin mühərriklərində və helikopterlərin reduktorlarında istifdə edilir. Yağın aşağı temperatur və yağlama xassələri onu yükləmiş dişli ötürücülərdə istifadə etməyə imkan verir.

Л3–240- Б-3В kimi, onun əsası eynidir, lakin tərkibində digər çoxfunksiyalı aşqarlar var: bütün növ vertolyotların mühərriklərində və reduktorlarında işlədilir. Yağın işçi tətbiq intervalı mənfi 35-dən müsbət 1750C-dəkdir. Əsas istismar xassələri qaz –turbin yağlarının tətbiq imkanları və dəyişilmə müddətini təyin edən mühüm xassələrdən biri onun oksidləşməyə qarşı sabitliyidir. Bu xassə özünü xüsusilə yağlarda göstərir. Alifitik spirtlərin və dikarbon turşularının diefirləri oksidləşməyə qarşı sabitliyi təmin edən birləşmələrdir.

1. Əliyeva N. T., Cavadova H. Ə., Qurbanov Ə. Ş., Hüseynova E. Ə., Əcəmov K. Y., Yağlar, sürtkülər və texniki mayelər. Bakı-2018.