Qazaxıstan-Serbiya münasibətləri — Qazaxıstan ilə Serbiya arasında ilk diplomaik əlaqələr 1996-cı ilin[1] dekabrında qurulmuşdur. 2015-ci ilin iyun ayında Belqradda Qazaxıstanın səfirliyi açılmışdır. Serbiyanın Astanadakı səfirliyi isə 23 iyun 2011-ci ildə təsis edilmişdir.
Qazaxıstan-Serbiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Müstəqillik dönəminə qədər Qazaxıstan SSRİ üzvü olaraq Yuqoslaviya ilə müəyyən diplomatik əlaqəlır qurmuşdur. Qazaxıstan ilə Yuqoslaviya Müttəfiq Respublikası arasında əlaqə 10 dekabr 1996-cı ildə qurulmuşdur. Hazırda Qazaxıstanın Serbiyadakı səlahiyyətli səfiri Nurbax Turaroviç Rüstəmovdur. Serbiyanın Qazaxıstandakı səfiri isə Vkadan Matiçdir (2017).
Serbiya ilə Qazaxıstan arasında mal dövriyyəsi:
Serbiua əsasən Qazaxıstana kimya məhsulları, ağac məmulatları, tekstil, kağız ixrac edir. Əvəzində isə Qazaxıstandan mineral məhsullar, mexanizmlər, elektrotexniki avadanlıqlar və s idxal edir. Qazaxıstanda serb kapitalı ilə işləyən onlarla müəssisə vardır. Bunlar əsasən ticarıt və tikinti sahələrini özündə birləşdirir. Serbiyanın «Enerqoproyekt» şirkəti Almatıda iki metro stansiyasının inşasını gerçəkləşdirir. Üstəlik digər serb şirkətləri isə burada yaşayış kompleksləri inşa edir. Sarıaqaşda isə mərab zavodu tikir.
Qazaxıstan Kosovo məsələsində Serbiyanı dəstəkləyərək onun müstəqilliyini tanımatacağını bəyan etmişdir[2][3]. Serbiya həmdə Qazaxıstanın Astanada «EKSPO-2017» keçirməsinə və onun BMT Təhlükəsizlik surasına qeyri-daimi üzv seçilməsinə dəstək vermişdir.
2015-ci ildə Qazaxıstana Serbiyanın prezidenti Tomislav Nikoliç səfər edərək iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf prespektivlərindən söhbət açmışdır[4]. İki ölkə arasında əlaqənin 20 illiyi münasibəti ilə Nursultan Nazarbayey Serbiyaya səfər etmişdir[5]. Bu zaman Belqrad Jambıl Jabaevin şərəfinə abidə[6] ucaldılmışdır.