Qazaxıstan Futbol İttifaqı — Qazaxıstanda futbol ittifaqı.
Qazaxıstan Futbol İttifaqı | |
---|---|
UEFA | |
Yarannma tarixi | 1992 |
FİFA üzvlüyü | 1994 |
UEFA üzvlüyü | 2002 |
Prezident | Adilbek Caksıbekov |
Vebsayt | KFF.kz |
Qazaxıstan Futbol İttifaqı 1914-cü ildə yaranıb. 1994-cü ildən FİFA, 2002-ci ildən UEFA-nın üzvüdü.
Ərazisinin 12%-i Avropa qitəsinə düşən Qazaxıstan əvvəlcə Asiya Futbol Konfederasiyasının üzvü olsa da, 2002-ci ilin aprelin 25-dən rəsmən UEFA-ya qəbul edildi.
Ölkə paytaxtı statusu 1997-ci ildə Astana şəhərinə keçsə də, Qazaxıstan Futbol İttifaqının qərargahı Almatıda qalmaqdadır, ölkə yığması ev oyunlarını da məhz bu şəhərdə keçirir.
Qazaxıstan futbolu sovet dövründə ən yüksək nailiyyətə 1986-cı ildə imza atıb: respublikanın SSRİ-nin güclülər dəstəsində yeganə təmsilçisi "Kayrat" ölkə çempionatında 7-ci yeri tutub.