Qazax Dövlət Dram Teatrı

Qazaxda ilk dəfə 1938-ci ildə kolxoz-sovxoz teatrı yaradılmış, 1943-cü ildə dram teatrına çevrilmiş və ona Səməd Vurğunun adı verilmişdir. Dövlət Dram teatrı kimi 1949-cu ilə kimi fəaliyyət göstərmişdir.O dövrdə repertuarında əsasən Azərbaycan və dünya klassiklərinin, həmçinin müasir ədəbiyyat nümunələri yer alırdı. Teatrda Gürcüsatan Respublikasının Xalq artisti İbrahim İsfahanlı, Azərbaycan Respublikasının Xalq artisti Muxtar Avşarov, Solmaz Orlinskaya, Barat Şəkinskaya, əməkdar artistlər Əliheydər Həsənzadə, Rüsxarə Ağayeva, rejissor Məcid Zeynalov və başqaları fəaliyyət göstərmişdir. 1960-cı ildən Xalq teatrı kimi mövcud olmuş, 1988-ci ildən dövlət Dram teatrı kimi yenidən fəaliyyətə başlamışdır. 1989-cu il iyun ayının 1-də Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə ilk tamaşasını göstərmişdir . Bu illər ərzində 70-dən artıq əsərə quruluş verilmiş, teatr, respublikada keçirilən festivallarda dəfələrlə iştirak etmişdir. Müxtəlif illərdə Respublikanın Xalq artistləri Zülfiqar Abbasov, Tariyel Qasımov, Rafiq Əliyev, Vaqif Şərifov, əməkdar artistlər Vidadi Əliyev, Münəvvər Əliyeva fəaliyyət göstərmişdir. Teatr rus, alman, bolqar, türk, tacik dramaturgiyasına müraciət edib. Klassik və müasir Azərbaycan dramaturgiyası isə teatrın repertuarının əsasını təşkil edir.

Qazax Dövlət Dram Teatrı
Ümumi məlumatlar
Əsası qoyulub 1938
Yerləşməsi
Ölkə Azərbaycan
Yerləşir Qazax

Teatr müxtəlif illərdə Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan rayonlarında qastrol səfərlərində olub. 90-cı illərin əvvəlində atəşkəsdən əvvəl Qarabağ bölgəsində-Ağdərə və Tərtər rayonlarında əsgərlər qarşısında çıxış etmişdir. Teatr Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının keçirdiyi müxtəlif teatr festivallarının iştirakçısı olmuşdur. Teatrın direktoru Saqif Sarı oğlu İskəndərov, baş rejissoru Musa Eyyub oğlu Eyyubovdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]