Qaziantep terror hücumu (türk. Ağustos 2016 Gaziantep saldırısı) — Türkiyənin Qaziantep şəhərində keçirilən toy məclisi zamanı baş vermiş terror hücumu. Hadisə 20 avqust tarixində yerli vaxtla saat 22:50-də Qaziantep şəhərinin Şahinbəyi bölgəsində keçirilən yerli toy məclisində yeniyetmə kamikadzenin özünü partlatması nəticəsində baş vermişdir.[2][3][4][5]
Qaziantep terror hücumu | |
---|---|
Türkiyə-İŞİD münaqişəsi | |
Hücum yeri |
Şahinbəyi, Qaziantep, Türkiyə 37°02′22″ şm. e. 37°23′34″ ş. u.HGYO |
Vaxt |
20 avqust, 2016 22:50 |
Silah | partlayıcılar |
Həlak olanlar | 51[1] |
Şübhəlilər |
İŞİD PKK |
Terrorçular tərəfindən terror hadisəsinin törədiləcəyi yerin 2016-cı il 20 avqust tarixində saat 10:50 də təyin eldiyi təxmin edilir. Həmin gün şəhərin Şahinbəyli bölgəsində 200 nəfərin iştirakı ilə keçiriləcək toy məclisinin əraziyə yaxın yerdə yaşayan yerli kürd icmasının təşəbbüsü ilə keçirilirməsi planlaşdırılmışdı. Hadisə nəticəsində gəlin yara almadan xilas olsa da, bəy ağır şəkildə qəlbə yarası almışdır.[5][6][7] Türkiyə Təhlükəsizlik Qüvvələri hadisənin törədilməsində 2 qüvvənin şübhəli olduğunu elan etmişdir. İŞİD və PKK hadisənin əsas sifarişçilərindən hesab olunur. Hadisə baş verəndən sonra heç bir terror təşkilatı hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməmişdir.[8][9] Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin İŞİD tərəfindən yetişdirilmiş 12-14 yaşlı yeniyetmə tərəfindən törədildiyini bildirib. Hadisə nəticəsində toy mərasimində iştirak edən 50-dən çox şəxs həlak olub, 94 nəfər müxtəlif dərəcəli bədən xəsərətləri alıb.
Azərbaycan prezidenti İlham Əliyev Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayışla əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.[10] Prezident İlham Əliyev Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərin onu çox sarsıtdığını bildirib. Dövlət başçısı partlayış nəticəsində həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib:
“Biz bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”. |