Qazma baltası — yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir.
Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli.
Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur. Gövdələri bütöv və ya yığılabilən hazırlanır. Almaz balatlar polad gövdədən və almaz daşıyan başlıqdan ibarətdir. Baltanın mərkəzi hissəsi konus şəkilli, içəriyə batmış olur. Burada yuyucu mayenin axması üçün kanallar yerləşdirilir. Baltanın kəsən hissələrinə almaz dənəciklər yapışdırılır. Konstruksiyasına görə spiralşəkilli, radial və pilləli almaz başlıqları mövcuddur.
Kürəkli baltalarda verilən gücün təsiri altında kürəklər suxura bataraq onu ovur. Baltanın gövdəsində olan deşikdən yüksək sürətlə verilən maye quyunu yumağa xidmət edir. Bu növ alətlər adətən yumşaq yerlərin qazılmasında tətbiq olunur. Almaz baltaların uzunömürlülüyü diyirlənən başlıqlı baltalara nisbətən dəfələrlə yüksəkdir.