Qeyri-Evklid həndəsəsi — hərfi mənada Evklid həndəsəsindən fərqlənən hər hansı həndəsi sistemdir; lakin ənənəvi olaraq “qeyri-evklid həndəsəsi” termini daha dar mənada istifadə olunur və yalnız iki həndəsi sistemə aiddir: Lobaçevski həndəsəsi və sferik həndəsə[1].
Evklid kimi bu həndəsələr sabit əyrilik fəzasının metrik həndəsələrinə aiddir. Sıfır əyilmə Evklid həndəsəsinə, müsbət əyilmə — sferik, mənfi əyilmə - Lobaçevski həndəsəsinə uyğundur[2] .