Qeyri-bircins sahələrdə boşalma

Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir.

Elektrik sahə gərginliyinin çubuq – müstəvi tipli elektrodlar arasıməsafədən asılılığı
Elektrik sahə gərginliyinin  çubuq – müstəvi tipli elektrodlar arasıməsafədən asılılığı: 1 – Eor = f (S); 2 – Emak= f (S);3– –boşalmanın sərbəst formasının yaranmasına uyğun sahə gərginliyi

İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc  gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır.

Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı  107– 109 -a çatdıqda  sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır. Əgər bircins sahədə yaranan strimer elektrodlararası məsafənı tam keçirsə, kəskin qeyri-bircins sahədə gərginliyin qiymətindən asılı olaraq strimer müəyyən məsafəni keçdikdən sonra dayana bilər. Bu halda onun plazması dağılır, lakin çubuqun ucunda yeni strimerlər yaranır, hansı ki, onların dainkişafı dayanır və dağılır.

Boşalmanın belə vəziyyəti dayanıqlıdır, çünki bu halda sərbəst boşalma şərti yerinə yetirilir. Strimerlərin əks elektroda çatmadığı hal strimer formasında tac boşalması adlanır.

Elektrodlar aralığının tam deşilməsi üçün gərginliyi artırmaq lazımdır. Bu halda yuksək gərginlikli elektroddan (iti ucluq) əks elektroda doğru hərəkət edən kanal yaranır. Qığılcımlı kanalı aralığı tam keçdikdə o elektrik qövsünə çevrilir ki, bu da deşilmənin başa çatmasını göstərir. Kəskin qeyri-bircins sahələrdə deşilmə gərginliyi istənilən formada olan tac boşalması gərginliyindən çox olur.