Qeyri-metal mineral maddələrin istehsalı — bu sahədə sement, yığma dəmir-beton konstruksiyalar, hörmə üçün hazır beton qarışığı, tikinti şüşəsi, asfalt, tikinti kərpici və s. materialların istehsalı ilə məşğul olan, 6,6 min nəfərin çalışdığı 227 müəssisə fəaliyyət göstərir və sahənin əsasını tikinti materialları istehsalı təşkil edir.
1913-cü ildə sənayenin ümumi məhsulunda tikinti materiallarının xüsusi çəkisi 0.24% id',. Bu dövrdə Bakıdakı bütün tikililərin 90%-i Abşerondakı karxanalardan çıxarılan mişar daşından inşa olunuıdu. 1912-ci ildə 220-yə qədər xırda miiəssisə 0,2 mln. ədəd kərpic istehsal etmişdi. Neft sənayesinin dəgüclü inkişafı sementə tələbatı xeyli artırırdı. 1906 ildə Bakının Keşlə kəndi yaxmlığında Cənubi Qafqazda ilk sement zavodu istifadəyə verildi. Mişar daşı, kərpic, sement istehsal edən müssisələrlə yanaşı. Bakıda “Gipsolit” » zavodu (1890), asbest-sement piltə zavodu(“Eternit", 1910), taxta-şalban müəssəsi (1898) fəaliyyət göstərsə də, Azərbaycanın tikinti materiallarına olan ehtiyacı ödənmirdi.
İkinci dünya müharibəsindən sonra yerli tikinti materialları bazasında işləyən iri müəssisələr tikilib istifadəyə verildi. Şifer, asbest-sement boru, pəncərə şüşəsi, yığma dəmir-beton konstruksiyalar və hissələr, keramika məmulatı və s. istehsalı mənimsənildi. Nəticədə sənaye məhsultı istehsalında tikinti materiallarının xüsusi çəkisi artdı. 1969-cu ildə 1913-cü ildəkinə nisbətən sement istehsalı 28,2 dəfə, kərpic istehsalı 13,6 dəfə artdı. 80-ci illərin sonunda sənayenin əsas istehsal fondlarının 4,2%-i, orada çalışanların 6,5%-i tikinti materialları sənayesinin payına düşürdü. 1940-90-cı illərdə sahənin ümumi məhsulu təqribən 55,2 dəfə artdı.
Respublikada mərmər, travertin, qranit, tuf, əhəngdaşı və s. ilə zəngin 20-yədək yataq vardır. Bu yataqlardan çıxarılan xammalın bir çoxu sahənin müəssisələrində emal olunur, yaşayış və qeyri-yaşayış binalarının metro stansiyalarının bəzədilməsində işlədilir. Tikinti materialları sənayesinin sürətli inkişafı nəticəsində Azərbaycandan kənara linoleum, pəncərə şüşəsi, yığma dəmir-beton və asbest-sement borular, şifer, travertindən üzlük materiallar və s. göndərilirdi.
Şəmkir qırma-çeşidləmə və dəmir-beton təzyiqli borular zavodları (1969), Sabirabad birləşmiş istehsal bazası (1969), Bakı iripanelli evlərin tikintisi zavodu (1971), Qaradağ Bakı Korgöz daş karxanası (1972). Naxçıvan MR dəmir-beton məmulatları zavodu ( 1973). Əli Bayramlı dulus borular zavodu (1973), Qaradağ əhəng zavodu (1975), Xırdalan 9 saylı dəmir-beton məmulatları zavodu (1975), Qax kərpic zavodu (1975), Ələt ağac emalı zavodu (1976), Duvannı üzüm şpalerləri üçün dəmir-beton dirəklərin istehsal müəssisəsi (1977), Bakı iripanelli evlərin tikintisi zavodu 1978), Ağdam dəmir-beton dirəklər istehsalı zavodu (1978), Mingəçevir iripanelli evtikmə zavodu (1978), Masallı keramzit (1979) və iripanelli evtikmə (1982) zavodları, Naxçıvan MR şüşə tara zavodu (1979) və Şaxtaxtı travertin blokları karxanası (1982), Tovuz dəmir-beton məmulatları (1993), Qəbələ dəmir-beton məmulatları (1993) və kərpic (1993) zavodları, Şəmkir kərpic zavodu (1994), Gəncə şüşə zavodu (1994) tikintini lazımi tikinti materialları ilə təmin edən, yüksək dərəcədə mexanikləşdirilmiş və avtomatlaşdırılmış müəssisələr idi.
Son yeddi ildə 1995-ci ilə nisbətən istehsalın səviyyəsi 10 dəfə (bu illərdə ortaillik nisbi artım 25,9'/0 təşkil etmişdir),fəaliyyət göstərən müəssisələrin sayı isə 83% artmışdır (2005). 1997-99-cu illərdə 246 min manat dəyərində 12 kiçik müəssisə özəlləşdirilmiş, 1997-2001-ci illərdə 23 iri və orta müəssisə səhmdar camiyyətinə çevrilmişdir. Hazırda hər dörd müəssisədən üçü özəl bölməyə məxsusdur. “Qaradağ-sement” ASC, dəmir-beton məmulatları zavodu, “Bakı şifer və keramika” ASC, “Spark” Azərbaycan-Türkiyə BM, “Monolit-beton” MMC, “Bakı dəmir-beton 8” ASC sahənin aparıcı müəssisələridir. “Qaradağ-sement” ASC-də sahə məhsulunun 59%-i, respublika üzrə sementin 85%-i istehsal olunur. 2005-ci ildə 1 mln. 538 min t sement istehsalı Azərbaycan sənayesinin tarixində bu sahədə ən yüksək göstəricidir.
1999-2005-ci illərdə sahəyə qoyulmuş 44,8 mln. manat vəsaitin 14,5%-i xarici sərmayələr idi. 2004-cü ildə sutkada min şərti kərpic istehsal gücünə malik “Siyəzən kərpic zavodu” QSC fəaliyyətə başlamış və 2005-ci ildə ölkədə kərpic istehsalının yeddidəbiri bu müəssisənin payına düşmüşdür. 2005-ci ildə Babək rayonunda növbədə 500 m³ istehsal gücünə malik beton zavodu işə başlamışdır. 2004-cü illə müqayisədə sahənin ümumi məhsul buraxılışı 26,2%, o cümlədən sement istehsalı 8%, höımə üçün hazır beton qarışığı 2,8 dəfə, asfalt 49%, tikinti kərpici 1,5 dəfə artmışdır (cədvəl 4). İşçilərin ortaaylıq əməkhaqqı 1997-ci illə müqayisədə 3,3 dəfə və ya 86 manat alaraq 123,1 manata çatmışdır. Sahənin Naxçıvan MR-də, Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı Mingəçevir şəhərlərində, Abşeron, Salyan, Göyçay, Qusar, Şəki, İmişli rayonlarında və b. yerlərdə fəaliyyət göstərən müəssisələri vardır.
Məhsulun adı | 1999 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 |
---|---|---|---|---|---|---|---|
Sement, min t | 171,4 | 250,7 | 522,6 | 847,7 | 1012,4 | 1427,5 | 1538,0 |
Sementdən yığma tikinti konstruksiyaları, min m³ | 42,1 | 42,9 | 28,3 | 25,2 | 42,7 | 64,0 | 19,9 |
Tikinti kərpici, mln. ədəd | 9,7 | 11,3 | 11,8 | - | - | - | - |
Tikinti kərpici, min m³ | - | - | - | 47,3 | 50,7 | 106,6 | 161,4 |
Asfalt, min t | - | 128,7 | 165,6 | 135,0 | 111,5 | 223,2 | 333,6 |
Tikinti gips, t | 2144,0 | 2286,0 | 1750,1 | 1039,3 | 3848,3 | 883,7 | 28242 |
Tikinti şüşəsi, min m² | 378,0 | 323,0 | 165,5 | 221,1 | 283,7 | 170,5 | 186,1 |
Möhkəmləndirilmiş şüşədən yemək-mətbəx qabları, min ədəd | 216,9 | 209,3 | 583,3 | 428 | 824,5 | 604,4 | 764,2 |
Azərbaycan ərazisində şüşə və saxsı məmulatlar istehsalı çox qədimdənməlumdur. Lakin sənaye üsulu ilə belə məmulatlar istehsalına sovet hakimiyyətinin ilk illərində başlandı. Azərbaycanda şüşə istehsalı üzrə ilk müəssisə (“Qırmızı kimyaçı” zavodu) 1926-cı ildə Bakıda yaradıldı. 1936-cı ildə bu zavod ixtisaslaşmış iki müstəqil zavoda: Bakı lay şüşə və çeşidli qab-qacaq zavoduna və Bakı şüşə qablar zavoduna ayrıldı. Bu zavodlar 1941-1945-ci illərdə əsasən cəbhə üçün işləyir, sualtı gəmilər üçün disklər. dərman və yandırıcı maddələr üçün müxtəlif tutumlu qablar hazırlayırdı. Müharibədən sonra əsas istehsa) prosesləri mexanikləşdirildi və avtomatlaşdırıldı. Bakı şüşə qablar zavodunda 13 addan çox büllur və şüşə qab-qacaq istehsal olundu. 1965-ci ildə Sumqayıt şüşə zavodu istifadəyə verildikdən sonra respublikada lay şüşə istehsalı artdı. Naxçıvan şüşə-tara zavodunda mineral su doldurulması üçün butulka istehsalına başlandı.
Çini-saxsı qablarm sənaye üsulu ilə istehsalı 1948-ci ildə Bakıda asbest-sement və keramika məmulatı kombinatı nəzdində saxsı sexinin istifadəyə verilməsi ilə başladı. 1950-ci ildə Bakı ixtisaslaşdırılımış saxsı məmulatı zavodu, 1970-ci illərin əvvəlində burada yeni sex 1971-ci ildə Gəncədə isə çini məmulatı zavodu işə salındı.[1]