Qeys Sultanov

Qeys Cəmşid oğlu Sultanov (9 mart 1939, Naxçıvan10 yanvar 2023) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutu laboratoriyasının rəhbəri.

Qeys Sultanov
Doğum tarixi 9 mart 1939(1939-03-09)
Doğum yeri
Vəfat tarixi 10 yanvar 2023(2023-01-10) (83 yaşında)
Milliyyəti azərbaycanlı
Elm sahəsi fizika
Elmi dərəcəsi Professor
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi,Xarkov aşağı temperaturlar fizika texnika institutu

Qeys Sultanov 1939-cu il martın 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1960-cı ildə Xarkov Dövlət Universitetində (XDU) təhsilini davam etdirmiş və 1963-cü ildə XDU-nu bitirmişdir. 1963–1966-cı illərdə Xarkov Aşağı Temperaturlar Fizika Texnika İnstitutunun (XATFTİ) aspirantı olmuşdur. 1974-cü ildə namizdəlik dissertasiyasını müdafiə edib. Q. Sultanov 1988-ci ildə doktorluq dissertasiyasını müdfiə etmişdir. Q. Sultanov 1988-ci ildən "Bərk cisimlərdə resonans hadisələri" laboratoriyasının rəhbəridir.

  • Elmi məqalələrin sayı-120
  • Beynəlxalq konfranslarda iştirakının sayı-30-dan çox
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı-35-ə yaxın
  • Kadr hazırlığı- 3 fəlsəfə doktoru

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]