Qırmızı gəndəlaş və ya adi gəndəlaş (lat. Sambucus racemosa) — adokskimilər fəsiləsinin gəndalaş cinsinə aid bitki növü.
Qırmızı gəndəlaş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
| ||||||||||
Cins: | Gəndalaş | |||||||||
Cins: | Gəndalaş | |||||||||
Cins: | Gəndalaş | |||||||||
Cins: | Gəndalaş | |||||||||
Cins: | Gəndalaş | |||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yarpağı tökülən kol və ya kiçik ağacdır.Latınca növ epitetini (lat racemosa) "salxımvari", "budaqlı" (lat.Racemus-"üzüm salxımı" kimi tərcümə etmək olar.Ədəbiyyatda növün bir neçə: salxımvari kəndalaş,qırmızı kəndalaş,adi kandalaş adına rast gəlinir.
Hündürlüyü 1,5-3,5 m olan,düzgövdəli koldur.Cavan bitkilərin qabığı hamar,qocalarda soyulandır.Gövdələrin üzərində ağımtıl rəngli qabarcıqlar olur.Tumurcuqları iri,yumurtavaridir.Yarpaqları üzbəüz,lələkvari,uzunsov-lansetvari,xırda dişli olub,uzunluğu 5-10 sm-dir.Cavan yarpaqları bəzən tünd-qırmızı və ya bənövşəyi rəngli olur-bu çox miqdarda antosianın olması ilə əlaqədardır.Çiçəkləri xırda,ikicinsli,ikilidir,beşhissəli çiçəkyanlığı vardır.Çiçək tacı yaşılımtıl-sarı və ya sarımtıl-ağ,diametri 20 sm-dək olan möhkəm,uzunsov,yumurtavari və ya konusvari formalı,süpürgəvari çiçək qruplarına yığılmışdır.Erkəkcikləri 5-dir.Çiçəkləmə may-iyunda,meyvələri qırmızı rəngli çəyirdəkdir,iyul-avqustda yetişir.Çoxaldılma oduncaqlaşmış qələmlərlə aparılır.
Gilli torpaqlarda ,rütubətli şam meşələrində rast gəlinir.
Böyük Qafqazda,dağətəyi zonalarda təbii şəraitdə yayılmışdır.
Dekorativ məqsədlə bağ və parklarda becərilir.Çiçəklərindən və meyvələrindən soyuqdəymə xəstəliklərinin,bronxial astmanın,baş ağrısının və revmotizmin müalicəsində istifadə edilir.Balverən bitkidir.