Qisas (film, 1994)

Qisas (hind dilində: अंजाम, Rom: Anjaam) — rejissor Rahul Ravail tərəfindən çəkilmiş və 22 aprel 1994-cü ildə ekranlara çıxmış olan Hindistan dram-triller filmidir. Əsas rolları Madhuri Dikşit və Şahrux Xan ifa etmişdirlər. Filmin musiqisi duet bəstəkarlar olan Anand-Milind tərəfindən bəstələnmiş, sözləri isə Sameer tərəfindən yazılmışdır. Film insanın bütün həyatını məhv edə biləcək ən kiçik bir səhvin nəticələrindən bəhs edir. Filmdə həmçinin Hindistan cəmiyyətində qadınlara münasibətə də diqqət yetirilir.

Qisas
hind. अंजाम
Janr dram filmi
Əsas mövzu qisas[d]
Rejissor Rahul Ravail
Prodüserlər Maharux Cokhi
Rita Ravail
Ssenari müəllifləri Sutanu Qupta
Rumi Cəfəri
Qautam Radjadxyaşka
Baş rollarda
Operator Samir Arya
Bəstəkar Anand Milind
İlk baxış tarixi 1994
Müddət 160 dəq.
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID0109134

Dikşit və Xanın birlikdə rol aldıqları ilk film olan bu film performansına görə də böyük təriflər almışdır. Dikşit, bu filmə görə Ən Yaxşı Qadın Aktyor nominasiyasında Filmfare Mükafatına namizəd olarkən eyni mükafatı oynadığı başqa bir film olan, "Mən sənin üçün kiməm?" filmi ilə əldə etmişdir. Xan bu filmdə mənfi qəhrəman rolunu oynamış və bu mənfi roluna görə Ən Yaxşı Mənfi Qəhrəman nominasiyası üzrə Filmfare mükafatını qazanmışdır.