Xocalı soyqırımının ildönümü ərəfəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs edən "Qisas gecəsi" kitabının təqdimatı olmuşdur.
Qisas Gecəsi | |
---|---|
Qisas Gecəsi | |
Müəllif | Elxan Elatlı |
Janr | Roman |
Mövzu | Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Seriya | 13 |
Nəşr | 26 Fevral |
Cild | 1 |
Səhifə | 173 |
Elektron versiya |
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva iştirakçılara XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, Xocalı soyqırımının xalqımızın tarixində silinməz izlər buraxdığını, ermənilərin öz işğalçılıq siyasətini bu gün də davam etdirdiklərini bir daha diqqətə çatdırmışdır.
F. Quliyeva Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Cəhənnəmdən gələn səs" əsəri ilə oxucuların rəğbətini qazanmış yazıçı Elxan Elatlını iştirakçılara təqdim etmişdir.
Bildirilmişdir ki, bu gün təqdimatına yığışdığımız "Qisas gecəsi" kitabı E. Elatlının sayca 13-cü əsəridir. Müəllif bu əsərdə Mübariz İbrahimovun ömür və döyüş yolunu son dərəcə canlı təsvir etmişdir. Kitabla tanışlıq zamanı ilk baxışda hər bir oxucuda elə təsəvvür yaranır ki, sanki müəllif bu hadisələrin bilavasitə şahidi olmuşdur. Əsər qısa vaxtda böyük oxucu auditoriyası qazanmışdır[1]