Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2014)

Qisas almadan ölmə. Keçmişdən məktublar2014-cü ildə çəkilmiş rejissor Oqtay Mirqasımovun filmi.[1]

Qisas almadan ölmə. Keçmişdən məktublar
Rejissor Oqtay Mirqasımov
Ssenari müəllifi Oqtay Mirqasımov
Baş rolda Ramiz Əzizbəyli
Bəstəkar Elmar Fel
İlk baxış tarixi 2014
Ölkələr Azərbaycan Azərbaycan
İl 2014-cü il

Məzmun[redaktə | mənbəni redaktə et]

XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub.[2] Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib.[3]

Filmdə bütün dinlərin vəhdəti tərənnüm olunur.[4] Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir.[4]

Filmin bəstəkarı Elmar Feldir.[3]

Mükafatları[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülmüşdür.[4]

“Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülüb.[3][5]

Təqdimatı[redaktə | mənbəni redaktə et]

2015-ci ildə İsraildə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin premyerası olub.[3][6][7]

Rollarda:

Ramiz Əzizbəyli

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Didərginlik faciəsi yaşamış bütün insanlara ithaf olunur: “Qisas almadan ölmə...” bədii filminin İsraildə nümayişi keçirilib: [kinorejissor Oqtay Mir-Qasımın eyniadlı filmi haqqında] //Mədəniyyət.- 2015.- 21 avqust.- S.4.
  2. İsayeva, R. “Qisas almadan ölmə!: Keçmişdən məktublar”: Kinorejissor Oktay Mir – Qasımın yeni filmi Azərbaycanda yaşamış almanların həyatından, 1941-ci ildə üzləşdikləri sürgündən bəhs edir //Mədəniyyət.- 2012.- 13 iyul.- S. 6.
  3. 1 2 3 4 S.ABDULLAYEVA. ""Qisas almadan ölmə..." İsraildə". anl.az. 525-ci qəzet. 22 avqust 2015. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016.
  4. 1 2 3 "Oqtay Mirqasımovun filmi festivalda baş mükafat aldı" (az.). news.atv.az. 23.10.2015. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-23.
  5. “Qisas almadan ölmə. Keçmişdən məktublar”: Kazan kinofestivalının qalibi olub: [Xalq artisti Oqtay Mir Qasımın eyniadlı filmi Kazanda keçirilən X beynəlxalq müsəlman filmləri festivalında “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında qalib olub] //Mədəniyyət.- 2014.- 17 sentyabr.-S. 8.
  6. Abdullayeva, S. “Qisas almadan ölmə...” İsraildə: [ssenari müəllifi və rejissoru, Xalq artisti Oktay Mirqasımova məxsus eyniadlı film haqqında] //525-ci qəzet.- 2015.- 22 avqust.- S.12.
  7. Lalə. “Qisas almadan ölmə...”: İsraildə nümayiş olunacaq: [kinorejissor Oqtay Mir-Qasımın eyniadlı filminin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 15 iyul.- S.4.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Наталия Бабинцева. Общий дом. Журнал "Баку". Ноябрь — Декабрь 2011.
  • Xatun. “Qisas almadan ölmə!”: Filmin çəkilişləri müvəqqəti dayandırılıb: [rejissor Oqtay Mirqasımovun eyniadlı filmi haqqında] //Ayna.- 2012.- 15 dekabr.- S.20.
  • Lalə. “Qisas almadan ölmə”: [rejissor, Xalq artisti Oqtay Mirqasımovun quruluşunda eyniadlı tammetrajlı bədii film haqqında] //Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 11.
  • “Qisas almadan ölmə” filminin premyerası keçirilib: [“Azərbaycanfilm” Kinostudiyasında rejissor Oqtay Mirqasımovun quruluşunda hazırlanan eyniadlı tammetrajlı bədii filmin premyerası keçirilib] //525-ci qəzet.- 2014.- 20 fevral.- S.7.
  • Nərimanoğlu, M. “Qisas almadan ölmə. Keçmişdən məktublar”: [Nizami Kino Mərkəzində Xalq artisti Oqtay Mir-Qasımın quruluşunda eyniadlı filmin təqdimatı keçirilib] //Azərbaycan.- 2014.- 22 fevral.- S.12.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı

Xarici keçid[redaktə | mənbəni redaktə et]