Qismət Gözəlov

Qismət Füzuli oğlu Gözəlov (1967, Salyan rayonu) — Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri.

Qismət Gözəlov
Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri[d]
Vəzifədədir
29 avqust 2023-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1967
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat

Qismət Gözəlov 1967-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünaslıq ixtisası üzrə alıb.

1995-ci ildən etibarən Xarici İşlər Nazirliyində diplomat olaraq çalışıb. Xarici İşlər Nazirliyində işlədiyi 1995–1998-ci illərdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq münasibətlərinə məsul olub və iki Zirvə Toplantısında iştirak edib.

1998–2011-ci illərdə Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunda vitse-konsul, konsul, baş konsul əvəzi, habelə müxtəlif dövrlərdə XİN-də şöbə müdiri vəzifələrində çalışıb.

2012–2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyin olunub.

2015–2018-ci illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini vəzifəsində işləyib.

2019–2022-ci illərdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyinat alıb.[1]

Azərbaycan Prezidentinin 2023-cü il 29 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[2]

Ailəlidir, iki övladı var.

  1. "Səfir: Qismət Füzuli oğlu Gözəlov" (az.). ashgabat.mfa.gov.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  2. "Q.F. Gözəlovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.