Qiyas Hüseynov

Qiyas Hüseynov (Qiyas Adil oğlu Hüseynov; {{DVTY}} şablonu boşdur) — Azərbaycan tibb alimi, tibb üzrə fəlsəfə doktoru (2007).[1]

Qiyas Hüseynov
Qiyas Adil oğlu Hüseynov
Doğum tarixi (63 yaş)
Doğum yeri Kurud, Qafan rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi tibb
Elmi adı tibb üzrə fəlsəfə doktoru
Təhsili N.Nərimanov adına Azərbaycan dövlət tibb institutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseynov Qiyas Adil oğlu 10 iyun 1960-cı ildə Qafan rayonunun Kurud kəndində anadan olmuşdur. 1977-ci ildə Qafan rayonu Gığı kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və 1978-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1984-cü ildə tibb institutunu bitirmiş, təyinatla İmişli rayonuna göndərilmiş və 3 il orada işləmişdir. 1988-ci ildə müsabiqə yolu ilə B. Ə. Eyvazov adına Elmi Tədqiqat hematologiya və transfuziologiya institutuna (indiki Hematologiya və Transfuziologiya Mərkəzi) elmi işçi kimi işə qəbul olunmuşdur. Qiyas Hüseynov 1989-cu ildə qan preparatları şöbəsinə müdir təyin olunmuşdur. 1998–2005-ci ilə kimi B. Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və transfuziologiya institutunun nəzdindəki qan bankının (indiki Mərkəzi Qan Bankı) baş həkimi işləmişdir. 2006-cıidən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasında assent işləyir.

Elmi fəaliyyatı[redaktə | mənbəni redaktə et]

Qiyas Hüseynov 1989-cu ildə qan preparatları şöbəsinə müdir təyin olunduqdan sonra onun təşəbbüsü ilə respublikada ilk dəfə olaraq rezusəleyhinə immunoqlobulin və polibiolin preparatları hazırlanmışdır. 1990-cı illərin əvvəllərində ölkəmizə qan koservantlarının gətirilməsi çətinləşdiyindən xəstələrin qanla təminatında çətinlik yaranmışdı. Q. Hüseynov şöbədə "qlükosir" adlanan qan konservantı hazırlamağa başlamış və bir neçə il Bakı şəhərinin əsas klinikaları həmin konservantdan istifadə etmişdir. 1980-ci iliərin sonlarında SSRİ-də quru plazma istehsalı ləğv edilmişdir. Qarabag savaşında isə cəbhə bölgəsində "quru plazmaya" böyük ehtiyac yaranır. Qiyas həkim "quru plazma" hazırlanmasını bərpa etmişdir. Hazırlanmış "quru plazma" əsasən cəbhə bölgəsinə göndərilmişdir. O, ölkəmizin qan xidmətinin inkişafı və aparılacaq islahatlar üçün bir çox xarici ölkədə (Rusiya, Türkiyə, İran, Norveç və s.) təcrübədə və elmi konfranslarda iştirak etmişdir. 2007-ci ildə hematologiya ixtisası üzrə müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.

Elmi tədqiqatları[redaktə | mənbəni redaktə et]

3 kitabın və 30 dan çox elmi məqalənin müəllifidir.

"Qan xidməti və təbabət". Dərslik. Qiyas Hüseynov, Elmira Qədimova. Bakı 2023.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.