Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qlükozanın biosintezi — maddələr mübadiləsində laktatdehidrogenaza fermentinin köməyilə süd turşusu yenidən piruvata çevrilməsi prosesidir. Yəni üzüm turşusu axırıncı maddə deyildir. O, yalnız çıxılmaz vəziyyətlərdə əmələ gəlir.
Qlikolizin təsiri ilə hüceyrələrdə əmələ gələn süd turşusu qana daxil olur və qaraciyərdə tutulur və orada piruvata çevrilir. Piruvat isə qlükozaya oksidləşir və beləliklə, qlükoza – süd turşusu dövranı baş verir. Buna Kori dövranı da deyilir.
Kori dövranı və ya qlikoliz–laktat dövranında piruvat bir qədər qlükozaya oksidləşir. Piruvatın bir hissəsi isə əzələlərdə aminləşərək alaninə çevrilir. Sonradan isə qaraciyərə daşınır və orada yenidən piruvat-qlükoza-alanin dövranı təkrar olunur. Qlükoneogenez də qlikoliz yolu ilə gedir, lakin qlikolizin üç reaksiyası dönən deyildir. Bunlar qlikolizin və qliükoneogenezin reaksiya sxemində rum rəqəmi ilə göstərilmişdir (I, II, III mərhələlərində). Piruvatın fosfoenolpiruvata çevrilməsi (dönməyən mərhələ) iki fermentin–piruvatkarboksilaza və fosfoenolpiruvatın karboksikinazanın iştirakı ilə gedir. Bu reaksiya dönməyən reaksiyadır. Digər iki dönməyən mərhələlər isə fosfataza fruktozo-1,6-bisfosfat və fosfataza qlükozo-6-fosfatın katalitik təsiri ilə gedir:
Fruktozo–1,6 –bisfosfat + H2O → fruktozo-6-fosfat + H3PO4
Qlükozo-6-fosfat + H2O → Qlükoza + H3PO4
Qlükogenez prosesində hər bir molekul laktata üç molekul ATF (daha dəqiq: 2 ATF + 1QTF) sərf edilir. Çünki qlükozanın əmələ gəlməsi üçün iki molekul laktat lazımdır. Deyilənləri nəzərə alaraq qlükoneogenez prosesi ümumi halda aşağıdakı kimi yazılır:
2 Laktat + 6 ATF + 6 H2O → Qlükoza + 6 ADF + 6 H3PO4
Əmələ gəlmiş qlükoza ola bilsin ki, yenidən əzələlərdə süd turşusuna çevrilir. Əgər qlikoliz və qlükoneogenez reaksiyasının cəmini müqayisə etsək, aşağıdakı formul alınır:
Qlükoza + 2ADF + 2 H3PO4 → 2 Laktat + 2 ATF + 2 H2O