Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qlüon və ya Qluon — Güclü qarşılıqlı təsir- nüvə qüvələrinin daşıyıcı zərrəciyi. Qlüon Eynşteyn - Boze sistematikasının zərrəciyidir. Spini- daxili fırlanma momenti vahidə bərabər olan sahə zərrəciyidir. Qlüon bozonlara aid edilir. Onun təsir sahəsi 10−15 metrdir. Qlüon həm zərrəcik, həm də antizərrəcik xassəsi göstərdiyindən onun tədqiqi çətinlik törədir.
Qlüon bir vektor bosondur. Qlüon iki qütbləşmə halına malikdir. Bunun səbəbi düzən dəyişməzliyinin eninə qütbləşməni vacib qılmasıdır. Bu qanun kütləsiz zərrəciklərin işıq sürətilə hərəkət etməsi ilə bağlıdır və işıq sürətində hərəkət edən zərrəciklər üçün qütbləşmə vəziyyəti yalnız hərəkət yönünə dik yəni eninə ola bilər.