Qlasinas (serb. Гласинац / Glasinac), həmcinin Qlasinas platosu (serb. Гласиначка висораван) və ya Qalisinas çölü (serb. Гласиначко поље) — plato Bosniya və Herseqovina ərazisinə daxil olan Serb Respublikasının şərqində yerləşir. Romaniya regionuna və Sokolas icmasına daxildir. Səthinin sahəsi 22 km², uzunluğu 7 km,dəniz səviyyəsndən hündürlüyü 800 metrdir.
Keçmişdə Qlasinas vacib yoların kəsişdiyi nöqtə olmuşdur. Buradan Bosna və Drina çayları yonca yollar uzanır. Bosniyanın şərqi üçün xarakterik olan sərt suxurlardan təşkil olunmuşdur. Bura əsasən otlaqlardan ibarətdir. Platonun Romanii, Boqoviçki, Qradinı, Rabra, Srni-Vrxa, Kopıta Kratelya zirvələrinin ətrafları iynəyarpaqlı meşələrlə örtülüdür. Platoda çoxlu sayda arxeoloji tapıntı aşkarlanmışdır. Srkvinedəki məzar daşları fərqli bəzəkləri olan müxtəlif formaya sahibdir.
Qlasinas XIX əsrin sonlarından bilinən Avropa əhəmiyyətli bir arxeoloji tapıntıdır. İlkin arxeolojib qazıntılar 1886 - 1891-cı illərdə aparılmışdır. Bu işlər Qlasinas çölündən Praça və Drina çayı sahillərinə qədər aparılmışdır. Qazıntılar nəticəsində təxminən 50 qədim şəhər, 1200-dən çox kurqan və məzar sahələri, nekropollar aşkarlanmışdır. Kurqanlar arasında ən tanınmışları: Taline, Laze, Kusaçe, Çavorine, Potpeçine, Çitluk, Maraviçi, Plane, Breze, İliyak, Rusanoviç, Qosinya, Osovo, Brankoviçi, Seversko, Pretejan. Şəhərlər: Kusaçe, Koşutisa, Kadiça brdo, İliyak, Loznik və s.
Qlasinas platonunun xronologiyasını Aloyz Bens və Borivoy Çoviç
Qalinas mıədəniyyəti daha grniş ərazini əhatə edir:Cənub-qərbi Serbiya, Şərqi Herseqovina və Monteneqro. Şimalda və Mərkəzi Albaniyada Mati mədəniyyəti ilə sərhədlənir.