Qlasse (fr. glacé — dondurulmuş, soyudulmuş) — dondurma əlavə edilmiş qəhvə əsaslı soyuq içki.
Bir fincan üçün
Kofeni dəmləyin ve soyudun. Azacıq soyudulmuş qaymağı çalın və şəkər kirşanı əlavə edin. Fujerlərə dondurma doldurun və uzərinə şokolad şirəsi(sirop) əlavə edin. Daha sonra ehtiyatla soyudulmuş kofe əlavə edin. Bundan sonra hər fujerin ustunə bir xörək qaşığı çalınmış qaymaq yerləşdirib üstünə monpası ovuntusu tökun.