Qleb Arsentiyeviç Abakumov[2] (rus. Гле́б Арсе́нтьевич Абаку́мов; 30 sentyabr 1937[1], Yadrin[d] – 29 avqust 2019[1], Nijni Novqorod) — SSRİ və Rusiya kimyaçısı. O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987-ci ildən), Rusiya Elmlər Akademiyasının akademiki (2000-ci ildən) olmuşdur.
Qleb Abakumov | |
---|---|
Doğum tarixi | 30 sentyabr 1937[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 29 avqust 2019[1] (81 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adları |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
1962-ci ildə N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Kimya elmləri doktoru (1976), professor (1980), Nijni Novqorod Dövlət Universitetinin Kimya fakültəsində (1962–1964), SSRİ Elmlər Akademiyasının polimerlərin stabilləşdirilməsi laboratoriyasında (1964–1968), SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunda (1968–1988) işləmişdir. Rusiya Elmlər Akademiyasının Q. A. Razuvayev adına Metal Üzvi Kimya İnstitutunun direktoru, 2016–2019-cu illərdə institutun elmi direktoru olmuşdur. Nijni Novqorod şəhərində yerləşən Buqrovski qəbiristanlığında dəfn edildi.
Rusiya və beynəlxalq elmi jurnallarda 350-yə yaxın nəşrin müəllifidir.