GIPI – Global Inrnet Policy Initiative (tərcüməsi: Qlobal İnternet Siyasəti Təşəbbüsü) — Demokratiya və Texnologiya Mərkəzi ilə İnternyus təşkilatının birgə həyata keçirdiyi layihədir.
Dünyanın bir sıra ölkələrində bölmələri olan GIPI layihəsi bir sıra beynəlxalq qurumlarla və eləcə yerli dövlət qurumları və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq edərək
Təxminən 20 ölkədə fəaliyyət göstərərək GİPİ İnternet siyasətinin inkişafı prosesində yerli vasitəçilərə resurs xidməti göstərir. Layihənin məqsədi İnternet biznesində sağlam rəqabətin əsaslarının, telekommunikasiya sahəsində şəbəkələrin, universal xidmətlərin yaradılmasında, bazar məsələlərinin həllində, telekommunikasiya sahəsində özəlləşdirmədə, ,internet sahəsində dövlət nəzarətin keçirildiyi zamanı istifadəçilərin hüquqlarının mühafizəsi prosesinin aşkarlıqı və proqnozlaşdırmanı inkişaf etdirməkdir. GİPİ proqramında əsas işçilər ölkə üzrə koordinatorlardır ki, onlar açıq İnternetin inkişafına kömək edən sağlam siyasətin işlənib hazırlanmasında yerli vasitəçilərə kömək edirlər.
31 mart 2001-ci ildən fəaliyyətə başlayıb və layihənin koordinatoru Yaşar Hacıyevdir. 2002-ci ilin aprel ayında layihədə İKT məsələləri üzrə hüquqi ekspert vəzifəsi təsis edilib və həmin vəzifəni Akif Əliyev icra edir. Azərbaycan Respublikasında İKT-ın hüquqi nizamasalınmasının yaxşılaşdırılması üzrə GİPİ layihəsinin reallaşdırılması yerli və beynəlxalq ekspertlərin fəal iştirakı ilə həyata keçirilir.
GİPİ Azərbaycanda İKT-nın inkişafı ilə maraqlı olan strukturlarla—Rabitə və İnformasiya-kommunikasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Prezident aparatının informasiya ehtiyatları şöbəsi, Milli Məclisin deputat komissiyaları, Açıq Cəmiyyət İnstitutu (SOROS), UNDP, Avrasiya Fondu, USAİD, TASİS və internet layihələrin reallaşdırılmasına bu və ya digər dərəcədə təsiri ola bilən digər təşkilatlarla tərafdaşlıq münasibətlərini müvəffəqiyyətlə müəyyənləşdirir. İşçi qrupları çərçivəsində GIPI “Elektron sənəd və elektron imza haqqında”, “Elektron ticarət haqqında” və s. qanunların layihələrinin işlənib hazırlanmasında fəal iştirak etmişdir.
İnternet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |