Qlossina milçəkləri

İkiqanadlılar dəstəsinin Glossinidae fəsiləsinə daxil olan növlər insane və heyvanların qanı ilə qidalanır. Onların əksəriyyəti insanlar və heyvanlarda tripanosomoz xəstəliyinin keçiricisidir.

Qlossina milçəkləri
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qlossina milçəkləri
Beynəlxalq elmi adı
Qlossina milçəyi

Sese milçəkləri Afrikada, əsasən Saxara səhrasının cənubunda yayılmışdır. Bitki örtüyü ilə əlaqədar olaraq ekoloji qruplar əmələ gətirir.

I qrupa Glossina palpalis, Glossina tachinoides və s. aid olub, Qərbi və Mərkəzi Afrikanın meşə zolağında və göllərin sahilində bitən bitkilər arasında yayılmışdır. əsasən, sürünənlərin və insanın qanı ilə qidalanırlar. Bu qrupdan Glossina palpalis antilopdan insana yuxu xəstəliyinin törədicisi tripanosomları keçirir.

II qrupa, Glossina pallidipes və s. aid olub, Şərqi və Mərkəzi Afrikanın Savanna meşələrində yayılaraq, ev və vəhşi heyvanların qanı ilə qidalanır. Çox vaxt insana hücum edir.

III qrupa əsas etibarilə, mülayim iqlim şəraitinə və yüksək rütubətli tropik meşələrin dərinliklərində yayılan Glossina jusca, və s. aiddir. Bu qrupdan yalnız Glossina brevipalpalis insana hücum edir. Sese milçəklərinin uzunluğu 9–14mm-dir. Ağız aparatı insanın və heyvanların dərisini sancmağa uyğunlaşmışdır. Onların həm erkəyi və həm də dişisi obliqat hematofaqdır.

Belə bir keçirici xəstəliklərdən biri də Qambi tripanosomu və Yuxu tripanosomudur.

Qambi tripanosomunun törətdiyi xəstəlik Qərbi və Mərkəzi Afrikada yayılmışdır. Bədən oxlovvari, yuxarıdan aşağıya basılmış və bir qədər əyilmiş formadadır.

Qambi tripanosomunun keçiricisi Glossina palpalis – sese milçəyidir. Sese milçəyi parazitin qamçılı formasını ev heyvanlarından insana keçirdikdən sonra tripanosom qana, limfa düyünlərinə daxil olaraq intensiv surətdə qeyri-cinsiyyətli yolla çoxalır. 20–25 gündən sonra bütün orqanlara, o cümlədən baş və onurğa beyinə, ürəyə, böyrəklərə, qaraciyərə, dalağa, sümük iliyinə keçib ağır iltihab prosesinə və distrofik dəyişikliklərə səbəb olur.

Xəstə adamlarda parazitin inkişafı iki mərhələdə gedir:

1. İlkin və ya hemolimfatik mərhələ; 2. Sonrakı və ya meninqoensefalitik mərhələ. Parazitin inkubasiya dövrü 2–3 həftə çəkir. Inkubasiya dövrü qurtardıqdan sonra keçiricinin insanı sancdığı yerdə 1–2 sm böyüklükdə ətrafı ağımtıl örtüyə malik qırmızı düyün əmələ gəlir. Düyün bir neçə gündən sonra itir və yerində piqmentləşmiş çapıq qalır.

Xəstənin üzündə, göz qapaqlarında, boynunda, dəridə şiş yaranır, lakin təricən itib gedir. Xəstəliyin ilkin və daimi əlamətlərindən biri periferik limfa düyünlərinin böyüməsidir. Qaraciyər və dalaq genişlənir, xəstədə zəiflik, həddən artıq yorğunluq, yuxusuzluq, şiddətli baş ağrıları, psixi pozğunluqlar və anemiya müşahidə olunur.