Qoçqıran (Qaraqoyunlu)

QoçqıranTürkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd.

Qoçqıran
40°02′07″ şm. e. 44°17′37″ ş. u.
Ölkə
Rəqəmsal identifikatorlar
Poçt indeksi 76700
Xəritəni göstər/gizlə
Qoçqıran xəritədə
Qoçqıran
Qoçqıran

1919-cu ildə erməni dəstələrinin kənddəki müsəlmanlara hücum etməsi nəticəsində türk milisləri toqquşma baş verir. Qadın və uşaqların bir hissəsi KərimbəyliRamazankəndə köçürülür. Kənddə qalanlar və qaça bilməyənlər erməni dəstələri tərəfindən tutularaq kütləvi şəkildə öldürülür[1].

Kəndin adı 1928-ci ildə kürd dilində "qala" mənasını verən Dize olaraq adlıandırılırdı. 1960-cı ildə kəndin adı Qoçqıran olaraq adlandırılır[2]. Qoçqıran adı bölgənin qoç kultundan və əfsanəvi Koçkar Atadan gəlir.

İğdır ilçə mərkəzinə 29 km, Qaraqoyunlu ilçə mərkəzinə 14 km uzaqlıqdadır[3]. Ermənistanla sərhədi təşkil edən kəndin şimalından Araz çayı axır. Kənd Ermənistan sərhədində, paytaxt İrəvana ən yaxın türk məskənlərindən biridir.

1886-cı il məlumatına görə kənddə 1329 nəfər azərbaycan türkü yaşayırdı[4].

İllərə görə kənd əhalisi
2019 518[5][5]
2018 542[5]
2017 526[5]
2016 531[5]
2015 545[5]
2014 548[5]
2013 568[5]
2012 568[3]
2011 582[3]
2010 628[5]
2009 620[5]
2008 648[5]
2007 662[5]
2000 1.261[3]
1886 1.329[4]
  1. Onk, Nizamettin (2006). Kafkasya'dan Anadolu'ya Iğdır Tarihi, Türk Dünyaları Araştırma Vakfı Yayınları, İstanbul. ISBN 975-498-177-9.
  2. Sevan Nişanyan. "Index-Anatolicus: Türkiye yerleşim birimleri envanteri" (Türkcə). nisanyanmap.com. 4 iyun 2020. 2020-06-04 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 "Kərimbəyli Köyü" (Türkçe). YerelNet.org.tr. 5 Mart 2016 tarixində orijinalından arxivləşdirilib.
  4. 1 2 "ИГДЫРСКИЙ УЧАСТОК (1886 г.)" (Rusça). ethno-kavkaz.narod.ru. 5 Mart 2016 tarixində arxivləşdirilib.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Iğdır Merkez Çalpala Köy Nüfusu". Nufusune.com. Archived from the original on 2021-11-04.