Yataq tektonik cəhətdən Şəmkir antiklinorisinin mərkəzi hissəsində Gədəbəy filiz rayonunun şimal-qərbində yerləşmişdir. Yatağın geoloji quruluşunda orta yuranın vulkanogen və vulkanogen çökmə süxur kompleksləri geniş inkişaf tapmışdır. Yatağın yerləşdiyi filiz sahəsinin ən böyük qırışıqlıq strukturu Əhənədabad qoşa antiklinalı və uzanması antiklinalın ox hissəsi ilə üst-üstə düşən eyniadlı dərinlik qırılmasıdır. Yatağın geoloji quruluşunda bazalt-riolit kompleks süxurları iştirak edir. Yatağın intisar tapdığı ərazidə radial istiqamətli daykalar və kiçik ölçülü kvars-riolit intruziyaları inkişaf tapmışdır.
Yatağın sahəsi daxilində mövcud vulkanik kütlələr (riodasit tərkibli) yatağın formalaşmasına təsir göstərmişdir.
Yataq sahəsində ətraf süxurlar hidrotermal metsomatik dəyişilmələrə məruz qalmışdır və bu dəyişilmələr kaolinləşmə, kvarslaşma, porfiritləşmə ilə təmsil olunurlar. Əsas filiz mineralı pirit, xalkopirit, qalenit və sfaleritdir. İkinci dərəcəli minerallardan xalkozin, kuprit, malaxit təsadüf olunur[1].