Qoşa yer-ay planeti

Qoşa yer-ay planeti– Ayın kosmosa gedildikdən sonra görə bildiyimiz digər üzü, bizə görünən tərəfi kimi deyildir. Ən böyük fərq, bizə baxan üzündəki kimi çox geniş qaranlıq sahələrin olmamasıdır. Ancaq buna bax. mayaraq, görülməyən üzündə krater sayı daha çoxdur. Bunun səbəbi hələlik bilinmir

Günəş[redaktə | mənbəni redaktə et]

Günəşi bir ulduz, onun ətrafında dönən doqquz planeti və bu planetlərin peyklərini, asteroidquyruqlu ulduzlardan mütəşəkkil sistem adlandırsaq da günəş sisteminin böyüklüyünü tam ifadə etmiş olmarıq.

Günəş ay[redaktə | mənbəni redaktə et]

ay

Bu mükəmməl sistem içərisində Ayın da özünəməxsus yeri var. Ay Yerin peyki sayılır. Digər planetlərin də ətrafında dönən peyklər mövcuddur. Ancaq bu peyklər planetlərə nisbətən çox kiçikdirlər. Ayın diametri və çevrəsi Yerdən dörd dəfə kiçikdir. Ayın radiusu 1738 km, kütləsi 7,3477×1022 kq, orta sıxlığı isə 3,3·103 kq/m³-dur. Əgər bir addımımızın Yerin radiusu (6378 km) qədər olduğunu fərz etsək Aya altmış adımda çata bilərdik. Günəşə çatmaq üçün isə iyirmi min addımın lazım gəldiyini düşünəndə, Ayın bizə Günəşdən daha yaxın olduğunu deyə bilərik. Böyüklük və yaxınlığına görə Yer və Aya bəzən qoşa planet kimi baxırlar. Diqqətçəkən başqa xüsus isə, dünyadan baxanda Ay və Günəşin görünən böyüklüklərinin eyni olmasıdır. Günəş tutulması zamanı Ay, Günəş və Dünya arasına girir və Günəşin qabağını tamamilə kəsir .

ayın səthi[redaktə | mənbəni redaktə et]

Ayın səthinda Yerdəkindən daha çox kraterlər var. Bu kraterlər Ayda atmosfer olmadığına görə çoxsaylı asteroid, meteorit və quyruqlu ulduzun çarpışması nəticəsində meydana gəlmişdir. Ayın səthində əmələ gələn bu izləri silə biləcək, daxili geoloji hərəkətlənmə, su və külək eroziyası olmadığından-orda baş verən vulkanların izləri itmədən qalmışdır. Ayın səthindəki bu mənzərə milyonlarla ildir ki dəyişmədən qalmaqdadır. Ayın səthi bu kraterlərdən əlavə görünüşdə okeana bənzəyən geniş sahələrlə əhatə olunub. Əvvəllər buraların su ilə dolu olduğunu düşünürdülər. Əslində Ayın səthində görünən bu mənzərə su yox, lavalar imiş

kosmik tədqiqat[redaktə | mənbəni redaktə et]

Kosmik tədqiqatlar və götürülən nümunələrin analizi ayın səthində keçmiş dövrlərdə maqmatik-tektonik (ələlxüsus bazalt) hərəkətlənmə və partlamaların baş verdiyini göstərir. Dünyadan Aya haradan və nə zaman baxılarsa baxılsın həmişə Ayın eyni tərəfi görünür. Bunun səbəbi, Yerin öz oxu ətrafında dönmə sürəti ilə Ayın Yerin ətrafındakı hərəkət sürətinin eyni olmasıdır. Ayın öz oxu ətrafında fırlanma sürəti, Yerin ətrafındakı hərəkət sürətinə yaxın olduğuna görə onun əks tərəfini görmək olmur. Əgər kosmosa gedilməsəydi Ayın o biri üzü görülməyəcəkdi

qabarma və çəkilmə[redaktə | mənbəni redaktə et]

Ayın və Günəşin cazibəsi ilə okeanlarda suyun dövri surətdə qalxması və düşməsidir.Günəşin qbarma əmələgətirmə qüvvəsi ayınkından 2.17 dəfə azdır.Ay və Günəş gün ərzində iki dəfə qabarma və iki çəkilmə əmələ gətirir.Ayın yer ətrafında dövrü ( ay günü) 24 saat 50 dəqiqə çəkdiyindənQabarma və çəkilmə arasındakı vaxt 6 saat 12,5 dəqiqəyə bərabərdir. Qabarmanın hündürlüyü müxtəlif yerlərdə eyni deyildir.Açıq okeanda 1.8 m-dən artıq olmadığı halda, sahillərdə orta hesabla 2 m-dir.Ensiz körfəzlərdə ( məs; Penjin qubasında ) 11 m-ə, Fundi buxtasında ( şimali Amerika ) isə 16 m-ə çatır.Çaylarda isə qabarma dalğası axar üzrə xeyli yuxarı gedir. Məsələn , Amazon çayında 870 km, Müqəddəs Lavrentiya çayında 560 km-ə, Qanq çayında 250 km-ə, Temza çayının mənsəbində ( Londonun yaxınlığında ) qabarma zamanı suyun səviyyəsi 5 m-ə qalxır. Qabarma və çəkilmə sahilboyu zonalarda gəmilərin hərəkətini çətinləşdirir. Buna görə də əvəlcədən uzun vaxt üçün xüsusi naviqasiya kitabçası nəşr olunur, orada suyun qalxması və düşməsi , qabarmanın hündürlüyü haqqında dəqiq məlumat verilir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]