Qoşatəpə yaşayış yeri (Şərur)

Qoşatəpə yaşayış yeriŞərur rayonunda Albantəpədən 1 kilometr şimalda, Axuraçayın sağ sahilində son tunc dövrü-dəmir və antik dövrlərinə aid yaşayış yeri.[1]

Qoşatəpə yaşayış yeri
Ölkə  Azərbaycan
Rayon Şərur rayonu
Yerləşir Axura çayının sağ sahilində
Tikilmə tarixi IV-II əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qoşatəpə (Azərbaycan)
Qoşatəpə

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dağ silsiləsindən ayrılmış iki təpəni və onun ətraf sahəsini (4 hektar) əhatə edir.Təpənin üstünə səpələnmiş yerüstü materiallar içərisində qövsvari dən daşlarına,müxtəlif formalı çaydan tipli qab hissələrinə və s.boyalı qab qırıqlarına təsadüf edilmişdir.Belə tapıntılara təpənin ətəklərində təsərrüfat işləri nəticəsində qazılmış arxın içərisində rast gəlinir.Alt mədəni təbəqələrdən (8-10 metr) toplanmış materiallara əsasən təbəqənin son tunc dövrü-dəmir dövrünə aid olması ehtimal edilir. Qoşatəpənin üst hissəsində eradan əvvəl 4-2-ci əsrlərə aid maddi mədəniyyət nümunələri küp, küpə, qazan tipli qablar və s. də tapılmışdır.

  1. Naxçıvan ensiklopediyası. II cilddə. I cild. Naxçıvan: 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]