Qocamtıl qaytarma

Qocamtıl qaytarma — Hündürlüyü 50 sm-ə qədər, gövdəsi düz qalxan, yarıdan yuxarısı budaqlanan yumşaq boztükcüklü olan çoxillik ot bitkisidir. Kökümsovu yalançı zoğların qonur rəngli qalıqları ilə örtülmüşdür.

Kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, barmaqvari bölünmüşdür, 5–7 ədəd yarpaqcıqlıdır; yuxarı yarpaqları qısa saplaq üzərindədir, 3–5 ədəd yarpaqcıqlıdır; yarpaqcıqlar uzunsov-əksinəyumurtaşəkillidir, qaidə hissəsinə doğru uzun pazvaridir, üst tərəfdən seyrək basıq tüklü, alt tərəfdən boz sıx keçə-tükləri vardır.

Çiçəkləri xırdadır, diametri 10–15 mm, çox nazik çiçək saplağı üzərində yerləşmişdir; ləçəkləri sarıdır, təpə hissədə azacıq girintiliçıxıntılıdır, kasa yarpaqlarından bir az uzundur.

Meyvələri uzununa qırışlıdır, kiçikdir; sütuncuğun uzunluğu meyvənin uzunluğu qədərdir.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

İyun

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

İyun-Avqust.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), Kür düz., KQ şimal, Nax. dağ., Lənk. dağ. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Quru otlu yamaclarda, kolluqlarda, meşənin kənarlarında rast gəlinir.

  • Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016