Qodendaq (nid. goedendag) — orta əsrlərə aid, əzici və kəsici effektə malik silah. Ölçusu adamboyu ölçusundə olan, uc hissəsi yuxarı doğru genişlənən dəmirlə örtulmuş və iti deşici uca mlik ağır silah. Əsasən XIV əsrdə Fransanın Flandriya qraflığında geniş istifadə edilirdi.
Qodendaqın adı barədə ən çox yayılmış versiya bu silahın adının mənşəyini "Brügge Matins" (1302) hadisələri ilə əlaqələndirir. Flaman üsyançıları qarşılarına çıxan fransızları ləhcəsinə görə tanıyaraq məhv edirdilər, bunun üçün onlar fransılzarın salamlaşmasını və ya müəyyən bir şibboleti tələffüz etməyi tələb edirdilər. Beləcə niderlandca "gununuz xeyirli" mənasını verən "goedendag" sözundən silahın adı yaranır.
Başqa bir versiyaya görə, qodendaq sözu nid. dolk yaxşı və fr. dague — xəncər szözlərinin birləşməsindən yaranıb və beləliklə goedendag — hərfi mənada "yaxşı xəncər" mənasını veir.[1]
Üçüncü, ən az ehtimal olunan versiyaya görə, bu ad Flamand milislərinin cəngavərləri boynundan bıçaqlamaq vərdişindən irəli gəlir — cəngavər zirehinin həssas yerlərindən biri. Öldürülən düşmənin irəli əyilmiş başı Fleminqlərə salam təzimini xatırladırdı.
Flamand kommunal milislərinin düzuluşundə qodendaq, falanqada uzun, ağır nizə istifadə edən nizəçilərin yanında dayanırdılar. Bəzi versiyalara görə qodendaq və nizə istifadə istifadə edən döyuşçulər bir birini əvəz etməklə ardıcıl düzulurdulər.
Qodendaq ilə nəinki vurmaq olurdu, onunla həm də qısa, çox ağır nizə kimi deşmək olurdu. Onu iki əllə tutdular; bu halda, bir qayda olaraq, qalxan istifadə edilmirdi.
Piyada döyüşü üçün bu silah çox da əlverişli olmasada, lakin ağır süvariləri dəf etmək üçun əla vasitə idi.[2]