Qohum evliliyi

Qohum evliliyi yaxın qohumlar arasında nikahdır. Bu, qohumluq əlaqəsini ehtiva etsə də, insest cinsi əlaqədən kənar bir məna daşıyır. Klinik baxımdan, ikinci dərəcəli əmiuşağı və ya daha yaxın ailə üzvləri arasında olan evlilik qohum evliliyi hesab edilir. Bu, onların övladlarının ala biləcəyi gen nüsxələrinə əsaslanır.[1] Bu cür evliliklər Böyük Orta Şərq regionu kimi bəzi icmalarda hələ də geniş yayılsa da, bir çox icmalarda ailə daxili evliliklərin sayı kəskin şəkildə azalmışdır.[2]

Yayılması və stiqma

[redaktə | mənbəni redaktə et]

Qlobal miqyasda, uşaqların 8.5%-nin qohum valideynləri var və insan əhalisinin 20%-i endoqamiya tətbiq edən icmalarda yaşayır.[3][4] Qohum evliliyinin tabu olaraq inkişaf etməsi ilə bağlı nəzəriyyələr həm sosial, həm də bioloji inkişaf kimi dəstəklənə bilər.[2]

Sosial amillər

[redaktə | mənbəni redaktə et]

Sosial baxımdan, qohum evliliyinin tətbiqinə olan meyl sosial və maliyyə vəziyyətinə olan üstünlüklərlə əlaqədardır. Ailə strukturu və var-dövlətin qorunması, eləcə də evlilik razılaşmalarının asanlığı qohum evliliklərində dəyər verilən məqamlardır.[4][5] Qohum evliliklərində yaşın aşağı olması və qohumluq əlaqələrinin fəsadları barədə məlumatsızlıq tez-tez müşahidə olunur.[2]

Qohum evliliyi Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Prezident İlham Əliyev 23 iyul 2024-cü ildə Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.[6]

  1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
  2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

  1. Hamamy, Hanan. "Consanguineous marriages". Journal of Community Genetics. 3 (3). November 22, 2011: 185–92. doi:10.1007/s12687-011-0072-y. PMC 3419292. PMID 22109912.
  2. 1 2 3 Heidari F, Dastgiri S, Tajaddini N, et al. Prevalence and Risk Factors of Consanguineous Marriage. European Journal of General Medicine [serial online]. December 2014;11(4):248-255. Available from: Academic Search Complete, Ipswich, MA. Accessed October 4, 2016.
  3. Obeidat BG, Khader YS, Amarin ZO, Kassawneh M, AlOmari M. Consanguinity and adverse pregnancy outcomes: the north of Jordan experience. Matern Child Health J 2010;14(2);283-9.
  4. 1 2 Akrami SM, Montazeri V, Shomali SR, Heshmat R, Larijani B. Is there a significant trend in prevalence of consanguineous marriage in Tehran? A review of three generations. J Genet Couns 2009;18(1):82-6.
  5. Shawky RM, El-Awady MY, Elsayed SM, Hamadan GE. Consanguineous matings among Egyptian population. Egypt J Med Human Genet 2011;12(2):157-63.
  6. "Prezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı təsdiqləyib". Report İnformasiya Agentliyi (az.). 2024-07-23. 2024-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.