Qonaq evi — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Qarışıq stildə inşa edilmişdir Ünvan: Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti, ev 59б.
Qonaq evi | |
---|---|
rus. Гостиный двор | |
47°24′34″ şm. e. 40°05′58″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Novoçerkassk |
Tikilmə tarixi | 1805 |
Vikianbarda əlaqəli mediafayllar |
Qonaq evi Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti ərazisində iki mərtəbədən ibarət olan bir tikilidir. İlk əvvəllər bu daş tikilinin yerində taxtadan ibarət olan bir bina vardı. Ətrafı isə boşluq idi. Novoçerkassk şəhərinin salınmasının yubleyi münasibətilə 18 may 1805-ci ildə bu ərazidə daşdan tikiləcək qonaq evinin təməli atılmışdır. Yerləşdiyi küçənin mühüm binalarından biri olması səbəbi ilə əlaqədar onun adı bütün küçəyə verilmişdi. Bina iki korpusdan ibarət idi. Hazırda yalnız sağ korpus qorunub saxlanılmışdır. Binanın planlaşdırılması və tikinti işlırinə arxiyektor İvan Osipoviç Valprede rəhbərlik etmişdir. Bina böyük ölçülərə malik idi. Bina boyunca çoxlu sayda satış köşkləri yerləşirdi. ХХ əsrdə binada dörd kinoteatr fəaliyyət göstərirdi: «Bomond», «Palas», «Varete», «İdem». Satış köşkləri [[İkinci Dünya müharibəsi zamanı tamamən yanmışdır. Hazırda bu satış köşklərinin yerində şəhər administrasiyasının binası yerləşir..
Bina iki mərtəbədən ibarət olmuşdur. Qonaq evinin fasadı nümayiş qalereyası formasında inşa edilmişdir. Pəncərə və qapılarının kənarları arka və düzbucaq şəkillidir. Valprede binanın inşası zamanı qədim klassizm və ampir stillərindən bəhrələnmişdir. Binanın fasadı müxtəlif dekor elementləri ilə işlınmişdir. Burada mərtəbələr arasında karnizlər yerləşir. Bina bütünlüklə sarı rəngə boyanmışdır. Dekor elementlətri isə ağ rəngdədir.
Новочеркасск. Энциклопедия. Новочеркасск. Изд. Новопринт. 2005. С. 74. ISBN 5-94549-006-7.