Qoqoevin qızlar gimnaziyası

Qoqoevin qızlar gimnaziyasıRostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində təhsil mərkəzi. Qoqoevin qızlar gimnaziyası 1882-ci illərdə təsis edilmişdir. Binası isə Rostov-na-Donu şəhəri 30-cu xətt küçəsi, ev 8, liter A ünvanında yerləşir. Qoruma statusuna malikdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. 1882-ci ildə Qoqoevin qızlar gimnaziyası 1917-ci ildə 45 saylı sovet əmək məktəbi (birinci pillə) və 6 saylı məktəb (ikinci pillə), 1959-ci ildə isə 14 saylı orta məktəbə çevrilmişdir. 14 saylə məktəbdə ingilis dilli əsas götürülürdü.

Qoqoevin qızlar gimnaziyası
rus. Гогоевская женская гимназия
47°13′57″ şm. e. 39°46′03″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1882
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonları Naxçıvan-na-Donudan olan II gildiya taciri Nikita Qoqoev (Mkrtlçan Qoqoyan) yazıçı N. V. Kukolkinin məsləhəti ilə ölmüş dörd qızının xatirəsinə 103237 rubl vəsiyyət etmişdir. Üç mağaza və dəri zavodundsm əldə edilən gəlir qızlar üçün məktəbin inşasına sərf edilmişdi. Yeni məktəb üçün Qoqoev yeni hədəflər müəyyən etmişdi: "... qızların tərbiyyəsində gözəl dini təhsilin alınmaması cəmiyyətin xeyrinə deyildi, burada gözəl həyat yoldaşları cəmiyyət üçün hazırlanırdı ki, övladlarınl düzgün istiqsmətdə tərbiyyə edə bilsinlər".

Onun dul qadını Srnui Babasian 1877-ci ildə Peterburqa gedərək Qoqoev gimnaziyasının açılışı üçün icazə istəyirdi. Bu icazə alındıqdan sonra 1882-ci ildə Qoqoev gimnaziyasının iki mərtəbəli binanın inşasına başlanmışdır.

1882-ci ilin sentyabrında məktəb açılmışdır. 1906-ci ilə qədər burada 12 qız 7 yaşından təhsil alırdı. Sonradan bu rəqəm 20-yə qədər artmışdır. Burada qızlara evdarlıqda keçirilirdi.

Uçilişdə emalatxana fəaliyyət göstərirdi. Buraya şəhər sakinlərindən öncədən alışlar həyatə keçirilirdi. Burada qızlara dini qanunlar, rus, erməni, fransız və alman dilləri, cəbr, həndəsə, coğrafiya, tarix, fizika, kosmoqrafiya, pedaqoqika, qimnastika, rəsm, oxu, rəqs və s dərslər keçilirdi.

1917-ci ildə gimnaziya bağlanır. Burada 45 saylı I və 6 saylı II pilləli məktəb açılır.

1959-cu ildı burada 14 saylı məktəb açllmışdışdır. 1992-ci ildən isə humanitar təmayüllü gimnaziya olmuşdur. Rostov vilayəti administrasiya rəhbərliyinin 411 saylı qərarı ilə 1998-ci il 9 oktyabr tarixində regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]