Qordlartəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə
Qordlartəpə yaşayış yeri Urmiya şəhərindən 13 km şərqdə yerləşən, 16 m yüksəkliyi, 225 m diametri olan bir təpədir. Yaşayış yeri 1972-1978-ci illərdə K.Kromer, daha sonra isə A.Lippertin rəhbərlik etdiyi Avstriya ekspedisiyası tərəfindən öyrənilmişdir. Bu yaşayış yerinin alt təbəqəsi İlk Tunc dövrünə aid materiallar vermişdir.