Qorqanrud mahalı — Talış xanlığının mahallarından biri.
Mahal | |
Qorqanrud mahalı | |
---|---|
Ölkə | Talış xanlığı |
Tarixi və coğrafiyası | |
Ləğv edilib |
10 fevral 1828 Türkmənçay müqaviləsi |
Əhalisi | |
Rəsmi dili |
Farsca Talışca |
Mahal cənubdan Əsalim mahalı, şərqdən Xəzər dənizi, qərbdən isə Xalxal ilə həmsərhəd idi. Şimaldan Astara mahalı ilə əhatələnmişdi. Burada yaşayan talışların bir qismi şiə, bir qismi isə sünni idi. Mirzə Xudaverdi Zərgərə görə Qorqanrud Türkmənçay sülhündən sonra İrana verilmişdir. Rus tarixçiləri isə bu ərazinin Gülüstan sülhündən sonra İranda qaldığını qeyd edir. Hazırda da bu ərazi eyni adla Gilan ostanının tərkibindədir.[1][2][3][4]